FACT-INFO.AZ » QHT » “Milli yaddaşın suverenliyə çağırışı - soyqırımı və Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib
9-04-2025, 21:00 | QHT
“Milli yaddaşın suverenliyə çağırışı - soyqırımı və Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib

Səbail Rayon İcra Hakimiyyətində "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli yaddaşın suverenliyə çağırışı - soyqırımı və Qərbi Azərbaycan həqiqətləri" mövzusunda panel iclas keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, elm xadimləri, ziyalılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib. Foyedə Qərbi Azərbaycanın mədəniyyəti, coğrafiyası və tarixi həqiqətlərinə məxsus fotolar sərgilənib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Çıxış edənlər Qərbi Azərbaycanın azərbaycanlıların dədə-baba torpağı olduğunu, azərbaycanlıların oradan dəfələrlə deportasiya edildiyini, qəddarcasına etnik təmizləmə siyasətinə məruz qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, coğrafi mövqe, tarixi miqrasiya reallıqları, toponimika və bir çox digər əlamətlər Azərbaycanın bu yerlərə, onun tarixi və mədəni irsinə haqqını aşkar şəkildə təsdiqləyir.

Milli Məclisin deputatı, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai Azərbaycanın Konstitusiyasının qəbulu və suverenliyin əhəmiyyətinə toxunub. 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə diqqət çəkən deputat Azərbaycan xalqının əzmini, mübarizliyini vurğulayaraq Qərbi Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasının vacibliyini qeyd edib. Deportasiya ilə üzləşən Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışının onların mənəvi hüququ olduğunu bildirib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli deyib ki, Qərbi Azərbaycana qayıdış sıradan ideya deyil, Azərbaycanın milli ideologiyasının tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə həssas yanaşdığını qeyd edən Ə.Ələkbərli Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanmasından danışıb, bu ideyanın yayılması, təbliği istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. İcma sədri deyib: “Ermənistanın siyasi rəhbərliyi unudur ki, Qərbi Azərbaycana qayıdış siyasi məsələ deyil, insan hüquqları məsələsidir. Elə bir beynəlxalq sənəd yoxdur ki, bu, insanların öz doğma torpaqlarına qayıdış hüququnu inkar etsin. Sonuncu deportasiya zamanı 300 minə qədər qovulmuş şəxsin taleyinə aydınlıq gətirilməlidir. Həmin şəxslər öz ata-baba torpaqlarına qayıtmalıdırlar, bu, qarşımızda duran əsas məsələlərdən birincisidir".

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Qərbi azərbaycanlıların ermənilərlə münasibətlərindən danışıb, həmin münasibətlərin əksinə olaraq ermənilərin azərbaycanlılara qarşı deportasiya apardığını qeyd edib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinə diqqət çəkən Misir Mərdanov Qərbi Azərbaycan İcmasının yaradılması tarixindən danışıb. İcmanın 2 il 4 ay ərzində əhəmiyyətli işlər gördüyünə diqqət çəkən M.Mərdanov Qərbi Azərbaycana qayıdışın labüd olduğunu, bu torpaqlara qayıdışın baş verəcəyinə inandığını vurğulayıb.

Daha sonra qədim və əzəli torpağımız olan Qərbi Azərbaycanda xalqımıza qarşı həyata keçirilmiş tarixi ədalətsizlikləri və gerçəklikləri əks etdirən sənədli videoçarx nümayiş olunub.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova isə çıxışında bildirib ki, bu gün Azərbaycan dövləti tarixi faktların beynəlxalq səviyyədə tanıdılması və milli maraqlarımızın qorunması üçün ardıcıl addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət və regionda yaranan yeni geosiyasi reallıqlar bizə daha da güclü hüquqi və siyasi əsaslar qazandırır. Bu baxımdan, Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq hüququn tələbinə çevrilməlidir.

Tədbir Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın iştirakı ilə Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycan həqiqətlərinin təbliği və s. mövzular ətrafında çıxışlarla davam edib.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Hikmət Babaoğlu bildirib ki, Qərbi Azərbaycana qayıdış ümummilli ideya kimi mənimsənilməlidir.




Baxış sayı: 240
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30