FACT-INFO.AZ » QHT » Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi açılıb
9-04-2025, 09:30 | QHT
Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi açılıb

Varşava şəhərinin mərkəzi küçəsində yerləşən Tvardovski meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışı olub.  Fact-info.az xəbər verir ki, sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək İrəvan xanlığının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynadığını bildirib. İrəvan xanlığının tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb və XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib.

O, avropalı səyyah və salnaməçilərin, o cümlədən JanBatist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.

Səfir XX əsrin əvvəllərinədək İrəvan qalası, onun daxilində yerləşən Xan Sarayı (Sərdar Sarayı) və Abbas Mirzə məscidinin şəhərin tarixi-memarlıq inciləri hesab olunduğunu diqqətə çatdırıb və Xan Sarayını tikdirən İrəvan sərdarları barədə məlumat verib.

Diplomat indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.

Nərgiz Qurbanova 1980-ci illərin sonlarınadək müasir Ermənistan ərazisində azərbaycanlıların ictimai həyatın bütün sahələrində əhəmiyyətli rol oynadığını qeyd edərək “Sovet Ermənistanı” qəzetinin İrəvanda Azərbaycan mətbuat tarixində silinməz izlər buraxdığını, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan milli səhnə sənətində xüsusi yer tutduğunu, İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumu, İrəvan Azərbaycan Pedaqoji Texnikumu, İrəvan Azərbaycan Qızlar Məktəbinin Azərbaycan və Ermənistan elminə və təhsilinə görkəmli adlar bəxş etdiyini qeyd edib.

Sonda səfir qeyd edib ki, abidələri məhv etmək asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan götürən azərbaycanlı gənclərin sərginin açılışında iştirakı bir daha sübut edir ki, gec-tez həqiqət üzə çıxır.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov mədəni irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək, indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə qalmamalı olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının qayıdışa sülh yolu ilə nail olmağa çalışdığını bildirən Q.Məmmədov dünya dövlətlərini bölgədə sülh, barışıq və ədalətə xidmət edən bu haqq işinə, eləcə də Qərbi Azərbaycan mədəni irsinin bərpası və qorunmasına dəstək verməyə çağırıb.

Qeyd edək ki, aprelin 28-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks olunub. İrəvan xanlığının bayrağı, Qərbi azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.

Sonda sərginin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Qafqaz Tarixi Mərkəzinə təşəkkür ifadə olunub.




Baxış sayı: 205
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30