FACT-INFO.AZ » QHT » “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” kitabının təqdimatı keçirilib
2-04-2025, 16:30 | QHT
“Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirilib.

MEK-dən Fact-info.az-a bildirilib ki, öncə şəhidlərin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov tədbiri açaraq kitabda ermənilərin Cənubi Qafqaza köçürülmələrinin, onların iki əsr boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı aktlarının və 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı törətdikləri qətliamların ətraflı təhlil olunduğunu, Qarabağ müharibəsi və nəticələri haqqında tarixi sənədlərə söykənən faktların verildiyini vurğulayıb. O, tarixi faktlara Başlıbel qətliamının şahidi olan müəllifin gözü ilə baxmağın kitabı daha dəyərli etdiyini bildirib.

Kitabın müəllifi Arif Süleymanov ermənilərin tarix boyunca Azərbaycan torpaqlarına əsassız iddialarından, dinc sakinlərə qarşı törətdikləri faciələrdən danışıb. Bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 76 nəfər Başlıbel sakini kənd ərazisindəki kahalara sığınıb. Aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.

Müəllif onu da qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində, rəşadətli Ordumuzun qəhrəmanlığı ilə işğaldan azad edilən rayonlarda, o cümlədən Kəlbəcərdə bu gün sakinlər öz doğma kəndlərini ziyarət edirlər. A.Süleymanov diqqətə çatdırıb ki, faciəni yaşamış bir insan kimi bundan sonra vəzifələrindən biri belə qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov kitabın yüksək elmi və tarixi dəyərə malik olduğunu vurğulayıb. Alim belə tədbirlərin və nəşrlərin cəmiyyət üçün önəmini qeyd edərək onların geniş şəkildə təbliğinin vacibliyini bildirib. M.Mərdanov daha əvvəl ingilis dilində nəşr olunan kitabın xülasəsinin dünya ictimaiyyətinə təqdim edilməsini mühüm addım kimi qiymətləndirib və əsərin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi ən ağır müharibə cinayətlərindən olan Başlıbel qətliamı haqqında məlumatlar Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışından sonra ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına daxil edilib.

Deputat vurğulayıb ki, Arif Süleymanovun bu tədqiqat əsəri indiyədək çap olunmuş kitablara və məqalələrə, bütövlükdə hadisələrin tarixinə yeni yanaşmadır. Cavanşir Feyziyev Başlıbeldən danışarkən ilk növbədə mərhum professor Əli Mirzəyevin, Musa Əzizovun, Zülfüqar Hüseynzadənin işıqlı xatirəsini hər zaman ehtiramla yad etdiklərini, fədakar ziyalılarımız Elxan Salahovun, Sönməz Ələkbərin, Xalid Kazımovun, Etibar Seyidağanın, Vüsalə Məmmədovanın əməyini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

İctimai-siyasi xadim, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bu cür faciələrin araşdırılması və yaddaşlara həkk olunmasının vacibliyini qeyd edərək sözügedən kitabın tədqiqatçılar üçün mənbə olacağını vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, şair Adil Cəmil, Nüşabə Məmmədli, Yasəmən Möhübbətqızı, Lətifə Məmmədova, Nəzakət Məmmədova, Qadir Hüseynov, “Mədəniyyət” qəzetinin baş redaktorunun müavini Fariz Yunisli çıxış edərək Başlıbel qətliamının araşdırılmasının, tədqiqinin dövlətimiz tərəfindən diqqətdə saxlanıldığını deyiblər.




Baxış sayı: 200
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30