FACT-INFO.AZ » QHT » BAMF BMT-də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı
28-03-2025, 19:30 | QHT
BAMF BMT-də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı

Martın 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları şurasının 58-ci Sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Konflikt zonalarında uşaqların hüquqları” adlı yan tədbir keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, hökumət missiyalarının, xarici QHT-lərin nümayəndələri, mövzu üzrə ixtisaslaşmış elm xadimləri, media mənsubları və digər qonaqlar iştirak ediblər. 

İlk olaraq BAMF-ın prezidenti Umud Mirzəyev açılış nitqi ilə çıxış edib. O, Qərbi Azərbaycandan deportasiya olunan və Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqlardan danışıb: “Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deporatsiya olunmuşdur. Birinci Qarabağ müharibəsində isə Dağlıq Qarabağ və ətraf rayonlarda öldürələnlər arasında minlərlə uşaqlar var idi” – deyə, Umud Mirzəyev bildirib. 

Daha sonra Azərbaycanlı uşaqların da yer aldığı, dünyanın qaynar nöqtələrində münaqişələrdən təsirlənən uşaqların taleyindən bəhs edən “Müharibə və uşaqlar” adlı qısa videoçarx nümayiş etdirilib. BAMF-ın xüsusi nümayəndəsi Nik Nvolisa isə münaqişə zonalarında yaşayan uşaqlar haqqında hesabatı təqdim edib. Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb. 

Təqdimatdan sonra tədbirin təşkilatçılarından olan “Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutu”-nun idarə heyətinin üzvü, o cümlədən, “Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutu”-nun icraçı direktoru Nidal Səlim davam edən münaqişələrin uşaqların həyatına təsirlərindən, Qarabağda həyatını itirən uşaqlardan və Qəzzada baş verənlərdən danışıb: “Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır.             Qarabağda da eyni ağrılı insan talelərinin, hekayələrin şahidi olmuşuq. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir.”

Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru doktor Blerim Mustafa isə bəzi mühüm statistikaları və xüsusilə Xocalı faciəsini qeyd edib: “Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə zonalarında yaşayan uşaqların sayı 10% olduğu halda, bu gün bu rəqəm təxminən iki dəfə artaraq 19%-ə çatıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişələrin mənfi təsirinin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi dəhşətli reallıqlardan biridir.” 

Beynəlxalq Əmək Təşkilatının Baş texniki məsləhətçisi doktor Simon Hils təmsil etdiyi təşkilatın atdığı addımlardan və prinsiplərindən danışıb: “Biz müharibələr nəticəsində sosial problemlərlə üzləşən insanların mövcud durumlarının son dərəcə ağır olduğunu bilirik. Bu müddətdə uşaqların qanunsuz olaraq işlədilməsi də ən böyük qanun pozuntularındandır və biz hazırda bununla mübarizə aparırıq. Bu gün bizim əsas prinsiplərimizdən biri sosial dialoqlar vasitəsilə sülhə dəstək verməkdir.”

Texniki səbəblərdən tədbirdə iştirak edə bilməyən Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlara əsaslanaraq hazırlanmış çıxışları da auditoriyada böyük maraqla qarşılandı. Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub. Burada çıxış edən Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini və BAMF ilə olan uğurlu əməkdaşlığı qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildirib. 

Tədbirin sonunda BAMF-ın beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı konflikt zonalarında yaşayan uşaqların hüquqlarının təmin olunmasını və sülh təşəbbüslərini dəstəkləyən bəyanatı səsləndirilib. Bəyanatda, həmçinin, Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar haqqında da faktlar qeyd olunub. 




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30