31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar planlaşdırılan onlayn fəaliyyətlərlə bağlı Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının, “İrəli” İctimai Birliyinin və digər gənclər təşkilatlarının əlaqələndirmə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Şuranın sədri Seymur Hüseynov, tələbə və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Şuranın baş katibi Leyla İsrafilova onlayn fəaliyyətlər haqqında təqdimatla çıxış edib.
Məlumat verilib ki, məqsəd Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və gənclərimizin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kampaniyasına sosial şəbəkələr vasitəsilə dəstək verməsi üçün onların imkanlarının səfərbər edilməsidir. Kampaniya çərçivəsində soyqırımı haqqında məlumatlar toplanaraq müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yaradılacaq. Paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə olunaraq sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, Azərbaycan reallıqlarını əks etdirən paylaşımlar və məlumatlar yerləşdiriləcək.
Baxış sayı: 1 668
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

