FACT-INFO.AZ » QHT » "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
18-03-2025, 17:30 | QHT
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib. Forumda ilk olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib.
Fact-info.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qonaqları salamalayaraq bildirib ki, ortaq dəyərlər türk dünyasının böyük sərvətidir, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib.
İraq parlamentinin Türkmanlar qrupunun sədri Ərşad Rəşad Fəth Allah Əl-Salihi eyni ruhu, eyni mədəniyyəti daşıyan türkmanların doğma Azərbaycana olan məhəbbətini ifadə edib.
Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, Naqif Həmzəyev bu cür əlaqələrin, görüşlərin davamlı olmasını arzulayıblar.
Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçirilib, Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub, təkliflər dinlənilib.
Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi 5 gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər. Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaq.



Baxış sayı: 265
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30