Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Karyerada Biz Forumu” keçirilib.
Fact-info.az xəbər verir ki, 300-dən çox gəncin iştirakı ilə Azərbaycan Texniki Universitetində reallaşan forumda gənclər təşkilatlarının və müxtəlif qurumların stendləri yer alıb. Burada iştirakçılar karyera imkanları, aktiv vakansiya elanları və gəncyönümlü layihələr barədə ətraflı məlumat əldə ediblər.
Forum zamanı aktiv olan gənclər isə iştiraklarını təsdiq edən sertifikatla yanaşı, sponsorlar tərəfindən hazırlanmış möhtəşəm hədiyyələr qazanıblar.
Forumda gənclərə bir-birindən faydalı təlim paketləri, promo məhsullar, endirim kuponları və s. kimi maraqlı hədiyyələr təqdim edilib.
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 2024-cü ildə “Karyerada Biz Forumu-2024” layihəsini həyata keçirib və bu layihə gənclərin marağına səbəb olub. Bu səbəbdən birlik tərəfindən davamlı olaraq gənclərin maarifləndirilməsi üçün çoxsaylı forumlar, layihələr, düşərgələr həyata keçirilir.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
