Erməni diasporu Ermənistan xalqının maraqlarını nəzərə almır və Ankara ilə İrəvan arasında gedən danışıqları pozmaq üçün əlindən gələni edir. Diaspor üçün Ermənistan vətəndaşlarının Türkiyə vasitəsilə Qərblə kommunikasiya marşrutlarının açılmasına olan həyati ehtiyacları aktual deyil, bu da bölgədə uzunmüddətli sabitliyin və inkişafın təmin edilməsi üzrə səylərə mənfi təsir göstərir.
Fact-info.az xəbər verir ki, bu fikirləri Ankaranın Avrasiya Araşdırmaları Mərkəzinin təhlilçiləri Tuğce Tecimer və Selenay Erva Yalçin səsləndirərək, erməni diasporu daxilində anti-Türkiyə isteriyasına diqqət çəkiblər.
Ekspertlər Los-Ancelesdə “LA Kings” idman klubu tərəfindən ənənəvi təşkil edilən “Erməni irsi gecəsi”ndə yaşanan qalmaqalı nümunə çəkiblər. “ABŞ-da fevral 22-də keçirilmiş bu cür gecələrin birində Ermənistan bayrağının rənglərində və idman klubunun emblemi olan şərflər satışa çıxarılmışdı. Lakin bu şərflərin Türkiyədə istehsal edildiyi məlum olduqda, təşkilatçıların ünvanına sərt tənqidlər səsləndirilib. Nəticədə, “LA Kings” nümayəndələri rəsmi şəkildə üzr istəməyə və şərflər üçün ödənilən məbləği geri qaytaracaqlarını elan etməyə məcbur olublar”, – deyə AVİM ekspertləri bildiriblər.
Tuğce Tecimer və Selenay Erva Yalçin qeyd ediblər ki, Los-Ancelesdə baş verən hadisə bir daha Türkiyəyə qarşı olan nifrət səviyyəsini və rəsmi İrəvanla diaspor arasında olan dərin fikir ayrılıqlarını nümayiş etdirdi.
“Diaspor üçün Ermənistan sakinləri və hakimiyyətinin maraqları önəm daşımır, ona görə də Ankara və İrəvan arasında əlaqələrin inkişafına, o cümlədən sərhədin açılması və ticarətin genişləndirilməsinə mane olmaq üçün hər şey edilir”, – deyə ekspertlər vurğulayaraq, erməni diasporunu Cənubi Qafqazda “etimad və sabitlik atmosferinə zərər vuran amil” adlandırıblar. (Azərtac)
Baxış sayı: 165
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
