Layihənin əsas məqsədi məktəb həyətində maneələr zolağı/oyun meydançası quraraq, şagirdlərin fiziki, sosial və intellektual inkişafına dəstək olmaq, problemləri həll etmə və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirmək olub.
Layihə çərçivəsində l, ll və lll sinifdə təhsil alan 40 şagird iki ay ərzində həftədə iki dəfə 1 saatlıq açıq hava fəaliyyətlərində iştirak edib. Bu fəaliyyətlər yalnız fiziki fəallığı təşviq etməklə yanaşı, şagirdlərin birgə işləmə və sosial bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb. Şagirdlər üçün keçirilən müxtəlif komanda quruculuğu oyunları onların şəbəkələşməsi və qarşılıqlı əlaqə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə kömək edib.
Yeni qurulan oyun parkı, şagirdləri həm fiziki, həm də intellektual baxımdan cəlb edən oyunlarla daha da maraqlı hal alıb. Təlimçinin iştirakı ilə təşkil edilən fəaliyyətlər və oyunlar azyaşlı şagirdlərdə layihəyə xüsusi maraq oyadıb.
Layihə ərzində baş tutan təlimlərdə şagirdlər problemleri həll etmə, sürətli qərar vermə, komanda işi və şəbəkələşmə kimi bacarıqlarında əhəmiyyətli irəliləyişlər nümayiş etdiriblər.
Qeyd edək ki, “Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi” çərçivəsində Zəhra Şərifli tərəfindən Abşeron rayonunun Məmmədli kənd tam orta məktəbində keçirilib.
Fact-info.az
Baxış sayı: 220
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
