FACT-INFO.AZ » QHT » İcraçı direktor Aygün Əliyeva: BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək
10-03-2025, 14:30 | QHT
İcraçı direktor Aygün Əliyeva: BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihələr Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinə tanıdılması və bu məsələyə diqqətin artırılması baxımından mühüm rol oynayır. İndiyədək Agentlik tərəfindən Qərbi Azərbaycanla bağlı 53 müxtəlif layihə həyata keçirilib. Cari ildə həmin layihələrdən 51-i qalib elan olunub və bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb. Həmin layihələrin icrası Qərbi Azərbaycan məsələsinin daha geniş miqyasda tanıdılması, həmçinin bu məsələnin beynəlxalq müstəvidə ciddi şəkildə müzakirə olunması baxımından vacibdir. 

Fact-info.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva martın 10-da parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir təşkil ediləcək. Həmin tədbir Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə daha geniş şəkildə müzakirə olunmasına və Qərbi Azərbaycanla bağlı aktual məsələlərin diqqətə çatdırılmasına xidmət edəcək.

2024-cü il ərzində keçirilən qrant müsabiqələri çərçivəsində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusunda 29 qeyri-hökumət təşkilatının təqdim etdiyi layihələrin qalib olduğunu xatırladan A.Əliyeva deyib: “Bu layihələrin maliyyələşdirilməsi üçün 374 min 50 manat vəsait ayrılıb. Layihələr Azərbaycanla yanaşı, Belçika, Türkiyə, Rusiya, Niderland, Özbəkistan və digər ölkələrdə həyata keçirilib. Tədbirlər çərçivəsində filmlər, saytlar, televiziya verilişləri, kitablar və hesabatlar hazırlanıb. Bu fəaliyyətlər Qərbi Azərbaycan məsələsinin dünya miqyasında tanıdılmasına, xüsusən də azərbaycanlıların tarixdə üzləşdikləri soyqırımı, deportasiya və digər haqsızlıqların gündəmə gətirilməsinə xidmət edir. Həmçinin Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı hazırlanan məqalələr dünya mətbuatında, o cümlədən ABŞ, Livan, Özbəkistan, İraq, Pakistan, Misir, İordaniya, Türkiyə, Əlcəzair, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Küveyt kimi ölkələrin media qurumlarında yayılıb”.




Baxış sayı: 250
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30