FACT-INFO.AZ » QHT » Orta Doğu Texniki Universitetində “Azərbaycan-Türkiyə Mədəniyyət Tədbiri” keçirilib
8-03-2025, 12:00 | QHT
Orta Doğu Texniki Universitetində “Azərbaycan-Türkiyə Mədəniyyət Tədbiri” keçirilib

Martın 7-də Ankarada yerləşən Orta Doğu Texniki Universitetinin (ODTÜ) Mədəniyyət və Konqres Mərkəzində “Azərbaycan-Türkiyə Mədəniyyət Tədbiri” adlı konsert proqramı təşkil olunub.

Fact-info.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan tədbirə ODTÜ rektorluğu, Beynəlxalq İnşaat Mühəndisləri Tələbələri Təşkilatı və Türkiyədəki Azərbaycanlı Tələbələr və Məzunlar Cəmiyyəti dəstək veriblər.

Tədbirin açılışında çıxış edən ODTÜ-nün rektorü Ahmet Yozgatlıgil, Azərbaycan ilə münasibətlərin hər bir Türkiyə vətəndaşı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Rəhbərlik etdiyi təhsil ocağının Türkiyə-Azərbaycan Universiteti (TAU) çərçivəsində kompüter mühəndisliyi proqramı təşkil etdiyini xatırladan rektor, “ODTÜ-nün dördüncü kampusunun Bakıda fəaliyyət göstərdiyini daim qeyd edirəm. Türkiyə-Azərbaycan Universitetinin 90 tələbəsinin ODTÜ diplomu alacağını yüksək qiymətləndirirəm”, - deyə vurğulayıb.

Qonaqları salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ölkəmizin zəngin tarixi-mədəni irsinə diqqət çəkib, mədəniyyətimizin qardaş ölkədə təbliği istiqamətində bundan sonra da aktif fəaliyyət göstəriləcəyini vurğulayıb.

“Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının təməl prinsipi olan Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya nümunədir. Qardaşlıq bağlarımızı gücləndirməyə davam edəcəyik”, - deyə, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vurğulayıb.

Daha sonra baş tutan konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs qrupu, müğənni Çinarə Məlikzadə və əməkdar artist, pianoçu Turan Manafzadə çıxış ediblər.

Diplomatlarla yanaşı, ODTÜ müəllim-tələbə heyəti və iki ölkənin ictimaiyyət nümayəndələrinin iştirak etdiyi proqram böyük rəğbət qazanıb.




Baxış sayı: 145
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30