FACT-INFO.AZ » QHT » QHT Şəhid anaları və xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi
7-03-2025, 19:00 | QHT
QHT Şəhid anaları və xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi

Bu gün “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Yasamal, Xəzər və Binəqədi rayonlarında yaşayan şəhid anaları və xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Qadınlar Günü, qadınların cəmiyyətdəki yerini və əhəmiyyətini qeyd etməklə yanaşı, həyatın müxtəlif sahələrindəki fədakarlıq və qəhrəmanlıqlarını da vurğulamaq üçün böyük bir əhəmiyyətə malikdir. İctimai birliyin sədri Könül Quliyeva QHT.AZ- a verdiyi açıqlamada bildirib ki, təşkilatın sədr müavini və Sosial İnteqrasiya Departamentinin rəhbəri Zeynəb Dilbazinin təşkilatçılığı ilə şəhid anaları və xanımlarına bayram münasibətilə hədiyyələr təqdim olunub. Zeynəb xanımın hazırda Hollandiyada olması səbəbi ilə onun adından təqdim olunan hədiyyələr könüllülər tərəfindən şəhid ailələrinə çatdırılıb.

Təşkilatın sədri Könül Quliyeva vurğulayıb ki, şəhid ailələrindəki qadınlar, bir ana, bacı və həyat yoldaşı olaraq cəmiyyətin ən dəyərli varlıqlarıdır. Onlar, təkcə öz övladlarını böyütməkdə deyil, həm də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin yoldaşları və anaları olaraq mübarizə aparan, fədakar qadınlardır. Bu qadınlar, hər gün böyütdükləri övladlarına Vətən sevgisini, vətənpərvərlik hissini aşılayır və onlara öz əzmi ilə güc verir. Şəhid analarının fədakarlığı və qəhrəmanlığı, hər zaman gələcək nəsillərə örnək olacaq. Onların böyütdüyü övladlar Vətən uğrunda canlarını fəda edərək, əsl vətənpərvərlik nümunəsi göstərdilər və göstərməyə davam edirlər:

"Şəhid ailələrinin qadınları yalnız öz ailələrinə deyil, bütün cəmiyyətə örnək olurlar. Onların həyatdakı mübarizliyi, özlərinə olan inamları, əzmləri və qəhrəmanlıqları, xalqımızın azadlığına verdikləri töhfələr heç zaman unudulmayacaq. Hər bir şəhidin ailəsindəki qadın, təkcə şəhidin anası və ya həyat yoldaşı deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran bir rəhbərdir".

 

“Biz fəaliyyətimiz boyunca hər zaman şəhid ailələrinin yanında olmağa çalışmışıq”

Təşkilatın sədri fəaliyyətləri boyunca həmişə şəhid ailələrinin yanında olduqlarını və bu dəfə də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrindəki xanımları diqqətdə saxlamağı özlərinə borc bildiklərini bildirib:

“Bu qadınların göstərdikləri zəhmət və fədakarlıq, yalnız şəxsi həyatlarına deyil, bütövlükdə millətimizin inkişafına və tərəqqisinə töhfə verir. Bizim üçün şəhid ailələrinə dəstək olmaq, onlara qayğı göstərmək və bu qadınların hər zaman yanında olmaq çox vacibdir. “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi hər zaman şəhid ailələrinin həyatlarını asanlaşdırmağa və onlara dəstək verməyə davam edəcək. Bayramlar, xüsusilə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi xüsusi günlər, bu qadınların dəyərini anlamaq, onlara təşəkkür etmək və əhəmiyyətlərini qeyd etmək üçün əvəzsiz fürsətlərdir. Bu gün, həmin qadınların fədakarlığına, əzmkarlığına və cəmiyyətə verdikləri töhfələrə hörmət etmək və onlara minnətdarlığımızı bildirmək zamanıdır” – deyə Könül Quliyeva qeyd edib.




Baxış sayı: 255
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30