FACT-INFO.AZ » QHT » BMT-nin Cenevrə ofisində ilk dəfə eyni sessiyada ard-arda üç Azərbaycan QHT-si çıxış etdi
6-03-2025, 12:30 | QHT
BMT-nin Cenevrə ofisində ilk dəfə eyni sessiyada ard-arda üç Azərbaycan QHT-si çıxış etdi

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə BMT-nin İnsan Hüquqları Şurasının Cenevrə ofisində Azərbaycanlı QHT-lər tərəfindən anıldı.

Fact-info.az xəbər verir ki, Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının Plenar sessiyasında ilk dəfə eyni ard-arda üç Azərbaycan QHT-si çıxış etdi.

Belə ki, 5 mart 2025-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Erkən xəbərdarlıq və soyqırımın qarşısının alınması" mövzusunda panel müzakirəsində çıxış edib.

O, 26 fevral 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı haqqında danışaraq bunun insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. "Həmin gecə 2000-dən çox dinc azərbaycanlı amansızcasına qətlə yetirilib", - o bildirib. Həmçinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtər şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi raket hücumlarını da xatırladıb.

Ədalətin zəfər çaldığını bildirən İskəndərli 2023-cü ildə Azərbaycanın Xocalı üzərində tam suverenliyini bərpa etdiyini qeyd edib. "Bu gün Xocalı doğma evinə qayıdan azərbaycanlı ailələr üçün yenidən ümid və sevinc mənbəyinə çevrilib, uşaqların gülüş səsləri bir daha eşidilir", - o əlavə edib.

Daha sonra "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli panel müzakirəsində çıxış edib.

O, çıxışına Xocalı soyqırımının 33-cü ildönümünü xatırladaraq başlayıb və 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu vəhşilik nəticəsində 613 dinc azərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın və 70 yaşlı insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.

Nədimə Rəhimli çıxışında itkin düşmüş azərbaycanlıların taleyinə diqqət çəkərək bildirib ki, Birinci Qarabağ müharibəsində 1275 nəfər girov götürülüb və onlardan 150-nin taleyi bu günədək naməlum olaraq qalır. O vurğulayıb ki, bu soyqırım nəticəsində 8 azərbaycanlı ailəsi tamamilə məhv edilib və bu, ermənilər tərəfindən azərbaycanlıları qorxu içində saxlamaq, məcburi köçkünlüyü sürətləndirmək məqsədilə planlaşdırılmış bir akt olub.

Bundan əlavə, panel müzakirəsində "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri Şəbnəm Səfərova çıxış edərək Azərbaycan QHT-lərinin silsilə çıxışlarını bu mövzu üzrə yekunlaşdırdı.

Çıxışında 26 fevral Xocalı soyqırımının 33-cü ildönümünü bir daha vurğulayıb, beynəlxalq ictimaiyyətin bu faciəni tanımasının vacibliyini qeyd etdi.

Səfərova, BMT-nin bu cür faciələrin qarşısının alınması məqsədilə qurduğu erkən xəbərdarlıq sistemlərinin mövcudluğuna baxmayaraq, bəzən bu mexanizmlərin effektiv olmadığını və faciələrin qarşısını almaqda yetərsiz qaldığını bildirdi. "Bu mexanizmləri daha effektiv etmək və xalqların öz hüquqlarını qoruması üçün daxili güclərini formalaşdırması üzərində düşünməliyik".




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30