Sloveniyanın Maribor şəhərində yerləşən "Dobrava" memorial-park kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan parlamentinin üzvləri, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Hikmət Məmmədov və Sevinc Fətəliyeva ilə birlikdə Maribordakı "Dobrava" memorial-park kompleksində 1992-ci ildə erməni hərbçiləri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayət - Xocalı qətliamı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyduq", - paylaşımda qeyd edilib.
Səfir anım mərasiminə qoşulan Sloveniya Milli Assambleyasındakı Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərinə, hökumət nümayəndələrinə, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə, Sloveniya müharibə veteranları assosiasiyasına və Sloveniya İslam İcmasının Müftiliyinə təşəkkürünü bildirib.
Baxış sayı: 205
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
