FACT-INFO.AZ » QHT » Milli irsimizin qorumasında və təbliğində yorulmadan çalışan qurum
1-02-2025, 09:30 | QHT
Milli irsimizin qorumasında və təbliğində yorulmadan çalışan qurum

Milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə qurulan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 20 yaşı tamam olur.

Fact-info.az xəbər verir ki, “Füyuzat”ın məlumatına görə, MİMTA Fondu keçən bu 20 il ərzində bir sıra mötəbər addımlarla Azərbaycanda milli-mədəni irsin öyrənilməsi, tanıdılması və təbliğində mühüm rol oynayıb.

Öz ənənəsinə sadiq qalan MİMTA Fondu sadalanan istiqamətdə təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə çoxsaylı tədbirlərin, seminar və müsabiqələrin təşkilini təkcə ölkə daxilində deyil, ölkəmizdən xaricdə də davam etdirir.

Fond bu illər ərzində öz daxilində müxtəlif şöbələr təsis etmişdir ki, bu şöbələr hər biri təkbaşına müstəqil bir qurumun geniş fəaliyyəti ölçüsündə işlər ortaya qoya bilmişdir. MİMTA Fondunun 100 il sonra bərpa etdiyi “Füyuzat” və “İşıq” jurnalları, nəşriyyat işini həyata keçirən MİMTA Yayımları, internet və media sahəsində “Füyuzat tv” , “mimta.az“, “fuyuzat.az” veb-saytı, tədbirlərin işıqlandırılmasını, foto-video xidmətlərini həyata keçirən Elegant Media bu şöbələrin əsas aparıcı hissəsidir. Təbii ki, bunların hər biri Fondun müstəqil və qarşılıqlı layihələrini də həyata keçirməkdən məsuldur.

Yola saldığımız 2024-cü il də MİMTA Fondu üçün məhsuldar keçib. Fondun təsis etdiyi mətbu orqanlardan 18 ildir fəaliyyət göstərən “Füyuzat” dərgisinin illik 6 nömrəsi işıq üzü görüb. Jurnal həmçinin Azərbaycanı xaricdə keçirilən bir sıra mötəbər sərgi və tədbirlərdə təmsil etmişdir. Eyni zamanda MİMTA Fondunun digər mətbu orqanı olan və 13 ildir nəşri uğurla davam etdirilən “İşıq” jurnalının da müvafiq illik sayları nəşr olunaraq oxuculara təqdim edilib.

MİMTA Fondunda keçirilməsi ənənə halını almış müxtəlif mövzulu seminar və görüşlər ötən il ərzində də müntəzəm şəkildə təşkil edilib.

Bundan başqa, MİMTA Fondunun layihəsi əsasında hazırlanan sosial çarxlarda, sənədli filmlərdə ölkəmizin qarşılaşdığı sosial, həyati problemlər qabardılır. Bu işlərə misal kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən hazırlanan “Ölüm tələsi” sosial çarxının adını qeyd edə bilərik. Sosial çarx Qarabağda istər erməni işğalı dövründə, istərsə də işğaldan sonra davam edən mina terroru və terrordan əziyyət çəkən azərbaycanlılara həsr edilib.

Fondun nəzdində fəaliyyət göstərən MİMTA Yayımları da ötən ildə məhsuldar fəaliyyəti ilə seçilib. Nəşriyyat müxtəlif istiqamətli həm yerli, həm də xarici sərgilərdə, konfranslarda iştirak edib, təqdimatlar, imza günləri təşkil edib, bir sıra uğurlu layihələrə imza atıb. MİMTA Yayımlarının bu günə qədər ümumilikdə nəşr etdiyi hər kitabın özünəməxsusluğu olsa da, bu kitablar arasında bir neçəsi məxsusiliyi ilə seçilir. Məsələn, Əməkdar jurnalist, yazıçı Yunis Orucovun qələmə aldığı “Tunel” romanı məhz bu kitablardandır. Kitab 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamına həsr edilib.

MİMTA Fondu 2024-cü ildə görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi həyatımızda mühüm rol oynayan ideoloqlarımızdan biri – Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edib, Azərbaycanın önəmli elm adamlarını və ictimai-siyasi xadimləri bu masa ətrafında toplayaraq milli tariximizə və onun önəmli səhifələrindən biri olan Ə.Hüseynzadənin həyat və yaradıcılığına, irsinin tanıdılmasına töhfə verib.

MİMTA Fondu ölkə daxilində təşkil olunmuş müxtəlif tədbirlərdə də layiqincə təmsil olunur. Belə ki, ölkəmizdə keçirilən beynəlxalq və yerli kitab festivalları, digər ədəbi, ictimai və mədəni tədbirlər də hər zaman Fondun diqqət mərkəzində olub, bütün tədbirlərdə təmsil olunub.

Ümumiyyətlə, bu il 20 yaşını tamamlayan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu fəaliyyət göstərdiyi bu illər ərzində xalqımızın milli irsini, mədəni, tarixi dəyərlərini qorumaq, təbliğ etmək və inkişaf etdirmək amalı ilə yorulmadan çalışmış, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək professionallıq, dəqiqlik nümayiş etdirərək məqsəd və hədəflərinə çatmışdır. Min illərdən gələn milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirməklə qalmamış, özü də gələcək nəsillərə milli, mədəni, tarixi irs miras qoya bilmişdir.




Baxış sayı: 155
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031