Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) göstərdiyi dəstəyə və diqqətə görə bütün Kipr türk xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm.
Fact-info.az xəbər verir ki, bunu ŞKTC-in Baş naziri Ünal Üstel yanvarın 31-də Lefkoşada Rauf Denktaş və Fazıl Küçük Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunun açılışında bildirib.
Lefkoşada keçirilən üçgünlük tədbirdə Azərbaycan Milli Məclisinin deputatları da iştirak edirlər.
Üstel xatırladıb ki, Türkiyə ilə yanaşı, ŞKTC liderlərini xaricdə ilk dəfə Azərbaycanda da dövlət protokoluna uyğun olaraq qarşılayıblar.
ŞKTC hökumətinin başçısı Bakıya səfərləri ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, aparılan danışıqlar zamanı təhsil, turizm, ticarət, idman və digər sahələrdə əlaqələrin qurulması mümkün olub: “Biz bundan sonra da addımlar atmağa hazırıq. Gələcəkdə də ölkələrimizin gəncləri arasında əlaqələrin qurulması istiqamətində addımlar atmağa, ŞKTC-in Azərbaycanla münasibətlərini maksimum dərəcədə inkişaf etdirməyə hazırıq”, -deyə Baş nazir əmin edib.
Baxış sayı: 105
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
