Bu gün Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.
Fact-info.az xəbər verir ki, “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarının sahibi, dünyada adına stadion olan ilk hakim Tofiq Bəhramov prinsipiallığı və obyektivliyi ilə hər zaman gənc həmkarlarına örnək olmağı bacarıb.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.
Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Baxış sayı: 110
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
