Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdikdən sonra ABŞ tərəfindən ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqlər başladı. ABŞ Azərbaycanı cəzalandırmaq üçün 907-ci düzəlişi ortaya atdı. Bayden administrasiyası bu məqsədlə Azərbaycanı yardımdan məhrum etməklə bizi cəzalandırmaq istədi.
Fact-info.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
C. Bayramov bildirib ki, USAID-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi. Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı.
“Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”, - deyə o əlavə edib.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
