FACT-INFO.AZ » QHT » Aygün Əliyeva Rauf Zeynini 65 illik yubileyi münasibətilə təbrik edib
16-01-2025, 17:00 | QHT
Aygün Əliyeva Rauf Zeynini 65 illik yubileyi münasibətilə təbrik edib

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni ilə 65 illik yubileyi münasibətilə görüşüb.

Görüş zamanı vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aygün Əliyeva Rauf Zeynini 65 illik yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində vətəndaş cəmiyyəti sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib. O, Rauf Zeyninin ictimai fəaliyyəti, Azərbaycan xalqının milli maraqlarına xidmət edən təşəbbüsləri, həmçinin QHT sektorunun inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.

Görüş çərçivəsində Aygün Əliyeva Rauf Zeyninə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi adından plaket təqdim edib.

Sonda tərəflər vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Təbrik məktubunda qeyd olunur:

Hörmətli Rauf müəllim,
Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Ömrünüzü vətəndaş cəmiyyətinin inkişafına həsr etmiş bir şəxs olaraq hər zaman yadda qalan təşəbbüslərə imza atmışınız və həyatınızın hər dövrü Azərbaycanın ictimai-siyasi həyatında aktiv fəaliyyətlə müşahidə olunub.
Sizin uzun illər boyu davam edən ictimai fəaliyyətiniz, o cümlədən vətəndaş cəmiyyəti sahəsində zəngin təcrübəniz, hər zaman Azərbaycan xalqının milli maraqlarına xidmət edən mütərəqqi təşəbbüslərlə yadda qalıb.

 

Milli QHT Forumunun prezidenti, Demokratik Seçki Mərkəzinin sədri kimi, həm də Narkomaniya ilə mübarizə üzrə Dövlət Komissiyasının üzvü olaraq həyata keçirdiyiniz fəaliyyətlər təqdirəlayiqdir.
 

Hazırda Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri olaraq fəaliyyətinizi uğurla davam etdirirsiniz.
Sizin zəngin təcrübəniz və fədakar əməyiniz hər zaman əməkdaşlıq etdiyiniz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən yüksək qiymətləndirilir.

 

Hörmətli Rauf müəllim!
Sizi yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm və ən səmimi arzularımı çatdırıram!

 

Hörmətlə,
Aygün Əliyeva
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru




Baxış sayı: 225
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30