FACT-INFO.AZ » QHT » Xəzər Siyasət Mərkəzi ABŞ-ın Cənubi Qafqazla əməkdaşlığını istiqamətləndirəcək strategiya hazırlayıb
16-01-2025, 12:00 | QHT
Xəzər Siyasət Mərkəzi ABŞ-ın Cənubi Qafqazla əməkdaşlığını istiqamətləndirəcək strategiya hazırlayıb

Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) ABŞ-ın növbəti administrasiyasının Mərkəzi Asiya və Qafqaz ölkələri ilə uğurlu işləyə biləcəyi istiqamətləri əks etdirən yeni strategiya hazırlayıb.

Mərkəzin aparıcı eksperti Erik Rudenşoldun müəllifi olduğu “Transxəzər trayektoriyası: Mərkəzi Asiya və Qafqaz üçün yeni ABŞ strategiyası” adlı sənədin ABŞ-ın paytaxtı Vaşinqtonda təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti son bir neçə ildə Mərkəzi Asiya və Qafqaz regionunun diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, digər dövrlərlə müqayisədə indi regiona daha çox maraq var və bu maraq getdikcə artır. Xəzər regionu qlobal oyunçularla münasibətlərini şaxələndirmək istiqamətdə fəal addımlar atır və bu, regiona hərtərəfli yanaşma tələb edir. Əfqan Nifti Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir-birinə bağlı olduğunu və ABŞ üçün hər iki regionu əhatə edən strategiyaya ehtiyacı olduğunu qeyd edib.

Strategiyanın müəllifi Erik Rudenşold bildirib ki, yeni seçilmiş prezident Donal Tramp Xəzər regionu üçün yad deyil və ilk prezidentliyi müddətində Mərkəzi Asiyaya diqqət yetirib. Xəzərdə artan regional əməkdaşlığı şərh edən ekspert bildirib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya öz infrastruktur məhdudiyyətlərindən çıxmağa başlayıb və Azərbaycan və Gürcüstan vasitəsilə sürətlə Qərbə genişlənən və inkişaf edən ticarət dəhlizinin hissəsinə çevrilib.

Mərkəzin eksperti Riçard Hoqlandın moderatorluğu ilə keçirilən panel müzakirələrində ekspertlər Birləşmiş Ştatlar üçün Qafqaz və Mərkəzi Asiya regionlarında imkanlar yaradan sahələr barədə danışıblar. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş vitse-prezidenti Daniel Rand regionun mineral ehtiyatlarının əhəmiyyətindən danışıb. O, həmçinin Orta Dəhlizin vacib alternativ ticarət marşrutu kimi artan əhəmiyyətini və Azərbaycanın əsas tranzit nöqtəsi kimi rolunu vurğulayıb.

“Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi ABŞ-ın Mərkəzi Asiya və Qafqaz regionları üzrə siyasətində diqqət etməli olduğu əsas məqamları qeyd edib. O bildirib ki, ABŞ regionda iştirakını artırmalıdır və region ölkələrinə regional və beynəlxalq münasibətləri balanslaşdırmaqda kömək etməlidir.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.




Baxış sayı: 175
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30