FACT-INFO.AZ » QHT » Alimlər insanın qocalma prosesinin iki əsas mərhələsini müəyyən ediblər
14-01-2025, 09:00 | QHT
Alimlər insanın qocalma prosesinin iki əsas mərhələsini müəyyən ediblər

Stanford Universitetinin alimləri insanın qocalma prosesinin iki əsas zirvə nöqtəsini müəyyən ediblər: 44 və 60 yaş. Bu tapıntılar “Nature Aging” elmi jurnalında dərc olunub və bədənimizin əvvəlki tədqiqatlardan fərqli olaraq daha ani və dramatik dəyişikliklərə məruz qaldığını ortaya qoyub.

“euronews.com” saytı xəbər verir ki, tədqiqat qrupunun rəhbərlərindən biri, professor Maykl Snayder yaşlanma prosesinin yalnız tədrici dəyişikliklərdən ibarət olmadığını vurğulayıb: “Biz zamanla tədricən dəyişmirik. Həqiqətən də dramatik dəyişikliklər var. Molekulyar səviyyədə dəyişikliklər, xüsusilə, 40 yaşın ortaları və 60 yaşın əvvəllərində daha çox müşahidə olunur. Bu, fərqli molekulyar siniflərdə – RNT, zülallar, metabolitlər və mikrobiom – genişmiqyaslı dəyişiklikləri əhatə edir”.

Tədqiqatda 25-75 yaş arası 108 iştirakçıdan götürülmüş qan və bioloji nümunələr analiz olunub. Bu nümunələrdən 135 mindən çox molekul və mikroorqanizm izlənilib, yaşlanma ilə bağlı dəyişikliklərin xəritəsi çəkilib. Ümumilikdə, 250 milyard məlumat nöqtəsi analiz edilib və nəticələr göstərib ki, molekulların 81 faizi 44 və 60 yaşda əhəmiyyətli dəyişikliklərə məruz qalır. Tədqiqatın nəticələri yaşlanmanın müxtəlif aspektlərinə yeni baxış gətirib.

44 yaşda baş verən dəyişikliklər:

Molekulyar səviyyədə sürpriz olaraq qadın və kişilərdə eyni vaxtda baş verən dəyişikliklər müşahidə olunub. Əvvəlcə qadınlarda menopoz ilə əlaqəli olduğu düşünülən bu dəyişikliklərin kişilərdə də eyni dərəcədə baş verdiyi təsbit olunub. Bu, digər potensial amillərin əhəmiyyətini vurğulayır.

60 yaşda baş verən dəyişikliklər:

İmmunitet funksiyasının zəifləməsi, xroniki xəstəliklərin artması və yaşa bağlı digər proseslərlə üst-üstə düşür.

Maddələr mübadiləsi, ürək-damar sağlamlığı, dəri və əzələ funksiyaları kimi aspektlərdə də molekulyar dəyişikliklər öz əksini tapır. Tapıntılar yaşlanma ilə bağlı xəstəliklərin – məsələn, ürək-damar xəstəlikləri və Alzheimerin niyə birdən ortaya çıxdığını izah etməyə kömək edir. Professor Maykl Snayder bu məlumatların erkən müdaxilə üçün istifadə edilə biləcəyini vurğulayıb:

40 yaşlarında statin istifadəsinə başlanılması xolesterolun yığılmasının qarşısını ala bilər.

60 yaşında immunitet sistemini gücləndirən tədbirlər böyrək və immunitet zəifliyinin təsirlərini azalda bilər.

Bu tədqiqat qocalma prosesinin daha yaxşı anlaşılmasına və fərdi tibbi yanaşmalarda yeniliklərə yol açma potensialına malikdir.




Baxış sayı: 155
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30