Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibənin davam etməsi ilə əlaqədar Ukrayna və onun Moldovadakı qaçqınları üçün əlavə 148 milyon avro humanitar yardım ayırıb.
Fact-info.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
"148 milyon avro məbləğində yeni maliyyələşdirmə həm Ukrayna, həm də Moldovada həyati əhəmiyyətli humanitar yardımı dəstəkləməyə davam edəcək, eləcə də Avropa Komissiyası tərəfindən ayrılan humanitar yardımın ümumi məbləği 1,1 milyard avronu ötəcək", - Avropa Komissiyasının bəyanatında deyilir.
Qeyd olunur ki, 140 milyon avro Ukraynada humanitar layihələrə (ərzaq, mənzil, təmiz su, səhiyyə və s.) yönəldiləcək.
Komissiyanın məlumatına görə, Ukraynanın şərq və cənub bölgələrində münaqişədən zərər çəkmiş ərazilərdə həssas əhali qruplarının dəstəklənməsi prioritet təşkil edir.
Baxış sayı: 185
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
