Azərbaycan–Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevin Avropa Parlamentinin Lüksemburqdan olan üzvü Frank Engelə qarşı cinayət işinin açılması ilə bağlı açıqlaması əsasında Lüksemburqun əsas KİV-ləri hesab olunan Tageblatt, L’essentiel, Wort, RTL kimi mətbu orqanlarında ölkəmizin mövqeyini əks etdirən məqalələr yayılıb.
Məqalələrdə C.Feyziyevin F.Engel tərəfindən Azərbaycanın “mənfi” təqdimatının hiddət doğurması, onun işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər etməsi, suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının Avropa İttifaqı daxilində və onun sərhədlərindən kənarda Avropada təhlükəsizlik sisteminin əsası olması barədə fikirləri yer alıb. F.Engelin Azərbaycanla Lüksemburq arasında əlaqələrin kəsilməsi ilə bağlı fikrinin absurd olduğu, əslində iki dövlət arasında yüksək səviyyəli münasibətlərin mövcudluğu diqqətə çatdırılır.
Baxış sayı: 1 854
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

