Qrenlandiya əhalisinin yarıdan çoxu adanın ABŞ-a birləşdirilməsinin tərəfdarıdır.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu Amerikanın “Patriot Polling” qeyri-hökumət təşkilatının yanvarın 6-11-də keçirdiyi sorğunun nəticələri sübut edir.
Respondentlərin əksəriyyəti (57,3 faiz) ABŞ-a qoşulmaq ideyasını bəyəndiyini, 37,4 faizi isə əleyhinə olduğunu bildirib. Onların 5,3 faizi isə cavab verməkdə tərəddüd edib.
Qrenlandiyanın 416 sakinin iştirak etdiyi layihənin müəllifləri qeyd edirlər ki, sorğunun keçirildiyi vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kiçik oğlu adada səfərdə olub.
ABŞ prezidenti vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq Donald Tramp bu ayın 7-də bildirib ki, Qrenlandiya Çin və Rusiya təhdidlərindən qorunmaq üçün ABŞ-ın bir hissəsi olmalıdır. O, hələ 2019-cu ildə, ilk prezidentlik müddətində ABŞ-ın Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik Qrenlandiyanı ala biləcəyini bəyan etmişdi. Həmin vaxt olduğu kimi, Qrenlandiya və Danimarka hakimiyyəti indi də bu ideyanı absurd elan etdi. Bundan əlavə, Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulması ideyasını fəal şəkildə təbliğ edir.
Baxış sayı: 210
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
