Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün mətbuata verdiyi açıqlamasında Qərbi Azərbaycan məsələsi və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dair ifadə etdiyi fikirlərin bəzilərinə cavab verib.
Fact-info.az icmanın cavabını təqdim edir:
“Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik. Qərbi Azərbaycan termininə gəldikdə, vurğulayaq ki, bu, tarixi həqiqətlərə əsaslanan və bizim özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdiyimiz anlayışdır. Ermənistan hökuməti coğrafi-tarixi məzmunda polemikaya girmək əvəzinə problemin mahiyyətinə dair mövqeyini ifadə etməlidir.
Qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparıla biləcəyi barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərti yanlışdır. Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinin xarakterindən asılı olmayaraq, Qərbi azərbaycanlıların – indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına qeyd-şərtsiz şərait yaratmalıdır. Qayıdışa dair dialoqun süni şəkildə sülhdən sonraya saxlanması və yaxud qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir və sülhün əldə edilməsinə xidmət etmir. Vurğulayaq ki, bu mövzuda əsas dialoq xətti Ermənistan hökuməti və Qərbi Azərbaycan İcması arasında aparılmalı olan formatdır.
Biz baş nazir Nikol Paşinyanı regionda sülh və əməkdaşlığın bərqərar olunması üçün səmimi səylər göstərməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə icmamızla dialoqa başlamağa çağırırıq”.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
