FACT-INFO.AZ » QHT » Zəngəzur dəhlizi açılmalıdır!
8-01-2025, 17:30 | QHT
Zəngəzur dəhlizi açılmalıdır!

Ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi istər ölkəmizdə, istərsə də qlobal arenada maraqla izlənildi. Dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi gündəliyini, eyni zamanda Azərbaycanın sosial sahədəki addımlarını, Qarabağın bərpasını və digər aktual məsələləri şərh edərək vacib nüanslara toxundu. Azərbaycan lideri həm də dünyada baş verən geosiyasi prosesləri dəqiq təhlil etməklə ölkəmizin mövqeyini nümayiş etdirdi, əhəmiyyətli mesajlar ünvanladı, mühüm siyasi bəyanatlar verdi.

Prezident bir daha ölkəmizin yaxın-uzaq ölkələrlə münasibətlərinin hazırkı durumuna və əlaqələrimizin gələcəyinə dair münasibətini açıqladı. Xüsusilə də dövlət başçısının dünyaya öz idbar siyasətini qəbul etdirməyə çalışan və buna görə beynəlxalq sistemi təhdidlərlə üzləşdirən Qərbin üzləşdiyi hazırkı vəziyyətə verdiyi qiymət böyük maraq doğurur. İkinci Dünya müharibəsindən sonra yaradılmış sistemin artıq öz potensialını itirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etdi ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və digər hadisələr təsdiqləyir.Heç kimə sirr deyil ki, bir çox ölkələrə öz siyasi iradəsini sırımağa çalışan Qərbin aparıcı ölkələrində ümumi siyasi və mənəvi atmosfer ürəkaçan deyil. İdeoloji müflisləşməyə məruz qalan “Qoca qitə” düşdüyü təhlükəli vəziyyətdən çıxmağa çalışır, ancaq bunu edərkən daha kobud geosiyasi səhvlərə yol verir. Məhz mövcud reallıqdan çıxış edərək cənab Prezident birmənalı şəkildə aparıcı Qərb ölkələrinin siyasi və mənəvi böhranla üzləşdiyini vurğuladı. Dövlət başçısı bu qiymətləndirmədə tək olmadığını, Qərbdə yaranmış vəziyyətin aparıcı dövlət liderləri tərəfindən də tənqid edildiyini xatırlatdı. Prezident İlham Əliyev bu tənqidin ədalətli olduğunu xüsusilə vurğuladı, ona görə ki, Qərb sistemi özünü tükəndirmişdir. Bu tükənmə özünü demək olar ki, bütün sahələrdə göstərir. Yeni müstəmləkəçilik siyasətinin davam etdirilməsi də buna sübutdur.Müsahibəsində Prezident qəti şəkildə bildirdi ki, müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır, müasir dünya reallıqları məhz bunu diqtə edir.Prezident İlham Əliyev müsahibəsində ermənidən daha çox erməni olmağa çalışan fransızların, daha doğrusu, Yelisey sarayında məskunlaşan siyasi rəhbərliyin anti-Azərbaycan siyasətindən də danışdı. Dövlət başçısı Azərbaycan-Fransa münasibətlərinin real vəziyyəti və gələcəyi barədə maraqlı açıqlamalar da verdi. Azərbaycan lideri diqqətə çatdırdı ki, son bir neçə ay ərzində rəsmi Bakı Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alır. Parislə təmaslara hazır olduğunu, ancaq dialoqun ancaq Bakıda baş tutacağının mümkünlüyünü bildirməklə Prezident İlham Əliyev prinsipial mövqeyini ortaya qoydu. Bu, əlbəttə, güclü liderin, müstəqil xarici siyasət yürüdən dövlət rəhbərinin sarsılmaz iradəsinin təcəssümüdür!Azərbaycan uzun illər davam edən erməni separatçılığının kökünü kəsdi. 44 günlük müharibədə otuz illik erməni işğalına son qoydu. Bütün vəhşiliklərinə baxmayaraq rəsmi Bakı ermənilərə sülh gündəmini təklif etdi. Ancaq Azərbaycanın xeyirxahlığından istifadə edən Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək, Bakının haqlı tələblərini qəbul etməyə tələsmir. Regionu öz geosiyasi ambisiyalarına tabe etdirmək istəyən Qərbin bəzi ölkələrinin hərbi və maliyyə yardımını alaraq sürətlə silahlanma yolunu tutan rəsmi İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrini reviziya etməyə can atır. Son zamanlar isə Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsi erməni faşizminin hələ də “diri” olduğunu göstərir. Əlbəttə, belə bir hal Azərbaycanı narahat etməyə bilməz. Buna görə də, Prezident İlham Əliyev bir daha Ermənistana aydın şəkildə sərt mesaj ünvanlandı: Azərbaycanın səbrilə oynamayın və erməni faşizmi məhv edilməlidir! Dünyanın bir çox mətbuat orqanlarında da geniş yer verilən bu mesajlara ermənilərin diqqətlə qulaq asmaları zəruridir. Prezidentin bəyan etdiyi kimi, əks təqdirdə, Azərbaycanın özü erməni faşizminə son qoyacaq! Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın bərqərar olmasının vacibliyinə toxunan dövlətimizin başçısının fikri qətidir, Zəngəzur dəhlizi açılmalıdır! Ölkəmizin ərazi bütövlüyünün tək təminatçısı olan Prezident İlham Əliyevin ən böyük gücü xalqa bağlıdır. Onun yürütdüyü siyasət bütöv bir xalqın istəyidir və bu siyasətin arxasında xalq dayanır.

Rəşad Mahmudov
Milli Məclisin deputatı




Baxış sayı: 165
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30