Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü münasibətilə N saylı hərbi hissədə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Fact-info.az-a verilən xəbərə görə, mərasim xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Natiq Qasımovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və igidliklərdən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı N.Qasımovun keçdiyi döyüş yolundan və şücaətlərindən bəhs edən film nümayiş etdirilib.
Baxış sayı: 180
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
