FACT-INFO.AZ » QHT » Həmrəylik gününə həsr edilən tədbir keçirilib
29-12-2024, 11:30 | QHT
Həmrəylik gününə həsr edilən tədbir keçirilib

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar Hacıqabul rayon Mədəniyyət Evində tədbir keçirilib. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, Hacıqabul rayon İcra Hakimiyyəti və Hacıqabul rayon Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova açdı. Ulu Öndər Heydər Əliyevin və Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. 

Tədbirin aparıcıları-Şamil Azadov və Aytəkin Mirzəyeva Həmrəylik gününün tarixi, ictimai-siyasi əhəmiyyəti haqqında tamaşaçılara məlumat verdilər.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu 1989-1994-cü illərdə və II Vətən savaşı zamanı ön cəbhədə qarşılaşdığı maraqlı hadisələr barədə məlumat verdi. O, II Vətən savaşında, həmçinin, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin apardığı uğurlu döyüş əməliyyatlarında xalqla Ordunun birliyini, həmçinin, diaspor fəallarının fədakarlığını qeyd etdi. Hacıqabul rayon sakini, şəhid Hüseyn Abbasovun anası Güldanə Bağırova, I və II Vətən savaşlarının iştirakçısı, qanlı döyüşlər zamanı 3 dəfə yaralanmış mayor Muxtar Həşimov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinin aparıldığını qeyd etdilər. Hər iki natiq qazandığımız tarixi zəfərə görə cənab İlham Əliyevə təşəkkür etdilər.

4 kitabın müəllifi olan şairə Lətifə Rəşid şəhid analarına, tarixi qələbəmizə həsr etdiyi şeirlərini söylədi. “Nur” İnstrumental ansamblının üzvlərinin müşayiəti əsasında müğənnilər-Zakir Sanıyev, Xəqani Niftəliyev, Həsən Qibiyev, Hacıqabul rayonundakı Musiqi məktəbinin Xanəndəlik ixtisası üzrə 1-ci sinif şagirdi Hüseyin Nəsirov Vətənə, torpağa, Ordumuza həsr edilən mahnıları ifa etdilər.

Şamil Sabiroğlu,

29.XI.2024.




Baxış sayı: 560
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031