FACT-INFO.AZ » QHT » Xərçəngin müalicəsində inqilabi dəyişikliklərə səbəb ola biləcək texnologiya hazırlanıb
28-12-2024, 09:00 | QHT
Xərçəngin müalicəsində inqilabi dəyişikliklərə səbəb ola biləcək texnologiya hazırlanıb

Xərçəngin müalicəsində inqilabi dəyişikliklərə səbəb ola biləcək texnologiya hazırlanıb.

 “İndependent” nəşri xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) tədqiqatçıları bağırsaq xərçəngi zamanı hüceyrələri normal vəziyyətə gətirə bilən innovativ metod təqdim ediblər. Bu texnologiya, mövcud müalicə üsullarının yaratdığı yan təsirləri azaltmaqla xərçəng müalicəsinə yeni yanaşma gətirir.

Mövcud xərçəng müalicələri, məsələn, kimyaterapiya şiş hüceyrələrini məhv etmək yolu ilə xəstəliyi idarə edir. Lakin bu üsul həm sağlam hüceyrələrə zərər verir, həm də xəstələr üçün ağrılı bir müalicə prosesinə səbəb olur. KAIST tədqiqatçıları tərəfindən irəli sürülən yeni yanaşma xərçəng hüceyrələrini öldürmək əvəzinə onları normal hüceyrələrə çevirməyə əsaslanır. Tədqiqatçılar normal hüceyrələrin inkişafının gen şəbəkəsini əhatə edən rəqəmsal modeldən istifadə ediblər. Bu model, bağırsaq xərçənginin hüceyrə transformasiyasında iştirak edən əsas molekulları müəyyənləşdirmək üçün tətbiq olunub.

Təhlillər nəticəsində bəzi molekulların tənzimlənməsi yolu ilə xəstə hüceyrələrin normal vəziyyətə qayıtması təmin edilib. Bu metod siçanlar üzərində sınaqdan keçirilib və yüksək müvəffəqiyyət göstəriciləri ilə nəticələnib. Rəqəmsal model siçan beyinlərinin hipokampus bölgəsində hüceyrə dövriyyəsinin dörd əsas tənzimləyicisini də müəyyən etməyə imkan verib. Bu tapıntılar beyin xərçənginin yayılmasını araşdırmaq və onu geri qaytarmaq üçün dəyərli məlumatlar təqdim edir. Yeni texnologiya, yalnız bağırsaq deyil, digər növ xərçənglərdə də hüceyrə transformasiyası prosesini başa düşmək və müalicə strategiyalarını inkişaf etdirmək üçün əsas platforma təqdim edir.

Araşdırmaya rəhbərlik edən professor Kvanq-Hyun Ço bildirib: “Xərçəng hüceyrələrinin yenidən normal hüceyrələrə çevrilməsi elmi baxımdan möhtəşəm nailiyyətdir. Bu yanaşma, xərçəngin bərpası və müalicəsi üçün yeni texnologiyaların inkişafında əhəmiyyətli rol oynayacaq”.

Bu tədqiqat xərçəngin müalicəsinə yanaşmada fundamental dəyişiklik yarada bilər. Elm adamları yeni texnologiya vasitəsilə daha təsirli, təhlükəsiz və daha az ağrılı müalicə üsullarının inkişaf etdiriləcəyinə ümid edirlər.

Tədqiqatın nəticələri “Advanced Science” jurnalında dərc olunub.




Baxış sayı: 145
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30