FACT-INFO.AZ » QHT » Miqren müalicəsində yeni təsirli dərman təsdiq edilib
27-12-2024, 10:00 | QHT
Miqren müalicəsində yeni təsirli dərman təsdiq edilib

“Neurology” jurnalında dərc edilən araşdırmaya əsasən, yeni təsdiq edilmiş atogepant adlı dərman miqrenin qarşısını almaqla yanaşı, dərhal təsir göstərmə potensialına malikdir. Bu ağızdan qəbul edilən kalsitonin geni ilə əlaqəli peptid (CGRP) reseptor antaqonisti miqren xəstələri üçün yeni ümid təqdim edir.

Fact-info.az  “Medical press” saytına istinadla xəbər verir ki, Albert Eynşteyn Tibb Kollecinin tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Riçard B. Lipton bu barədə məlumat verib. Bildirib ki, miqrenin profilaktik müalicəsində düzgün dozanın tapılması aylar tələb edə bilər və bu səbəbdən bir çox insan müalicəni vaxtından əvvəl dayandırır: “Atogepant isə həm effektiv, həm də sürətli təsir göstərmə potensialına malikdir”.

Araşdırma 12 həftə ərzində üç müxtəlif klinik sınaqda (“Advance”, “Elevate” və “Progress”) aparılıb və həm epizodik, həm də xroniki miqren xəstələrini əhatə edib. Sınaqlarda 1243 iştirakçı arasında atogepant qəbul edənlərdə müəyyən nəticələr müşahidə olunub:

Birinci günün nəticələri – “Advance” sınağında dərman qəbul edənlərin yalnız 12 faizi miqren keçirib, plasebo qəbul edənlərdə isə bu göstərici 25 faiz təşkil edib. “Elevate” sınağında bu nisbət müvafiq olaraq 15 və 26 faiz, “Progress” sınağında isə 51 və 61 faiz olub. Risk azalma göstəriciləri - dərman qəbul edənlərdə miqren riski birinci sınaqda 61 faiz, ikinci sınaqda 47 faiz, üçüncü sınaqda isə 37 faiz daha az olub. Həftəlik miqren günlərinin azaldılması - ilk iki sınaqda dərman qəbul edənlərdə həftəlik miqren günlərinin sayı orta hesabla 1 gün azalıb, plasebo qəbul edənlərdə isə bu rəqəm daha az olub. Üçüncü sınaqda dərman qəbul edənlərdə bu göstərici həftədə 1,5 gün azalmaqla, plasebo ilə müqayisədə daha əhəmiyyətli olub.

Atogepant, xəstələrin gündəlik fəaliyyətlərinə və həyat keyfiyyətinə mənfi təsir göstərən miqren simptomlarını əhəmiyyətli dərəcədə azalda bilib. R.B.Lipton qeyd edir ki, miqren, xüsusən də gənc qadınlar arasında əlilliyin əsas səbəblərindən biridir və sosial, maliyyə, karyera və ailə həyatına ciddi təsir edir: “Tez və effektiv hərəkət edə bilən bir müalicə bu xəstəlikdən əziyyət çəkən insanlar üçün əsas ehtiyacı qarşılayır”.

Atogepantın həm effektivliyi, həm də tez təsir göstərmə xüsusiyyəti miqrenin profilaktik müalicəsində inqilabi bir addım olaraq qiymətləndirilir.




Baxış sayı: 240
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30