FACT-INFO.AZ » QHT » Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edildi
25-12-2024, 11:00 | QHT
Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edildi

BMT Baş Assambleyası çərşənbə axşamı - 24 dekabr 2024-cü ildə "Kibercinayətkarlığa qarşı BMT Konvensiyası"nı qəbul etdi. Bu, kiber cinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.

Fact-info.az xəbər verir ki, hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edildi. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın "son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi" olduğunu qeyd etdi. Baş katib bildirdi ki, "yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır."

Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə "Ad Hoc" Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.




Baxış sayı: 235
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30