FACT-INFO.AZ » QHT » Ürək əzələsinin bərpa oluna biləcəyinə dair yeni nəticələr
25-12-2024, 10:30 | QHT
Ürək əzələsinin bərpa oluna biləcəyinə dair yeni nəticələr

Arizona Universiteti Tibb Kollecinin (Tucson) Sarver Ürək Mərkəzində həyata keçirilən tədqiqat süni ürək cihazlarından istifadə edən bəzi xəstələrdə ürək əzələsinin bərpa oluna biləcəyini ortaya qoyub. Fact-info.az  “Science Daily” elmi xəbər portalına istinadla xəbər verir ki, beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırmanın nəticələri “Circulation” jurnalında dərc olunub.

Ürək çatışmazlığı ABŞ-da təxminən 7 milyon yetkin insana təsir edir və hər il 14 faizə yaxın ölümə səbəb olur. Ürək çatışmazlığının müalicəsi üçün hazırda dərmanlarla yalnız xəstəliyin inkişafını yavaşlatmaq mümkündür. İrəliləmiş mərhələlərdə isə yeganə müalicə üsulu ürək transplantasiyası və ya süni ürək cihazlarının istifadəsidir.

Sarver Ürək Mərkəzinin direktoru və tədqiqatın əsas müəllifi dr. Hesham Sadek bildirib ki, skelet əzələlərindən fərqli olaraq, ürək əzələlərinin zədədən sonra bərpaolunma qabiliyyəti məhduddur. Layihə ABŞ və Avropadan olan tədqiqatçıların iştirakı ilə maliyyələşdirilib. Araşdırma Yuta Universiteti tərəfindən təmin olunan süni ürək xəstələrinin ürək toxumalarının öyrənilməsi ilə həyata keçirilib. İsveç və Almaniyadakı qrupların rəhbərləri, Jonas Frisen və Olaf Bergman, ürək toxumasındakı yeni hüceyrələri təyin etmək üçün innovativ karbon nişanlama üsulundan istifadə ediblər. Tədqiqat nəticəsində məlum olub ki, süni ürək istifadə edən xəstələrin ürək əzələlərində regenerasiya prosesi sağlam insanlara nisbətən altı dəfə daha çoxdur. Bu nəticələr insan ürəyinin daxili bərpa qabiliyyətinə malik olduğunu və istirahətin bu qabiliyyəti artırmaqda mühüm rol oynadığını sübut edir.

H.Sadekin 2011-ci ildə “Science” jurnalında dərc olunmuş əvvəlki tədqiqatı göstərirdi ki, ürək əzələsi hüceyrələri yalnız uşaqlıqda bölünür və doğuşdan qısa müddət sonra bu proses dayanır. 2014-cü ildə isə süni ürək xəstələrində hüceyrə bölünməsinə dair sübutlar təqdim edilmişdi. Bu tapıntılar süni ürəyin, insan ürəyi üçün “istirahət” şəraiti yaradaraq regenerasiya prosesini stimullaşdırdığına işarə edir. Araşdırma göstərir ki, yalnız xəstələrin 25 faizi süni ürək cihazlarına müsbət cavab verərək ürək əzələlərini bərpa edə bilir. Tədqiqatçılar bu reaksiyanın genetik və molekulyar səbəblərini araşdırmağı və daha çox xəstədə bu regenerasiya qabiliyyətini təmin etməyi hədəfləyirlər. H.Sadek bildirib: “Əgər ürək əzələlərinin regenerasiya potensialını tam şəkildə aktivləşdirə bilsək, ürək çatışmazlığının müalicəsində inqilabi dəyişikliklər baş verə bilər. Süni ürək cihazları artıq sınaqdan keçirilmiş və etibarlı bir texnologiyadır. Biz bu cihazları istifadə edərək xəstələrimiz üçün yeni ümidlər yarada bilərik”.


 




Baxış sayı: 205
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30