Dekabrın 23-də Bakıda "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, forumda müvafiq dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislər iştirak edəcəklər.
Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə keçiriləcək Foruma respublikamızın müxtəlif bölgələrindən dəvət edilmiş fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslam və qeyri-İslam dini icmaların rəhbərləri qatılacaqlar.
Tədbirin "Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış", "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu", "Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar" və "Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika" mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.
Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində "Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya" mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.
Dekabrın 22-də Forum iştirakçıları Fəxri xiyabanı, Heydər məscidini ziyarət edəcək, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olacaqlar.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
