Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, "Manas" Qırğızıstan -Türkiyə Universitetinin, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin tərəfdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasıdır. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektor vəkili Prof. Dr. Almaz İbrayevin açılış nitqi ilə başlayan tədbirdə diplomatik korpusun nümayəndələri, elm xadimləri, tələbələr iştirak ediblər.
"Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektoru Prof. Dr. Mustafa Ceylan, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Universitetin müəllimi Muhiddin Gümüş, Qırğızıstan Maarif Kamu Vəqfinin müdir yardımçısı Xəyalbek Akmatov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər.
Universitet kollektivinə 30 illik müddətdə Qarabağda ermənilərin törətdikləri ekoterror haqqında geniş məlumat verilib. Layihə çərçivəsində çap olunmuş kitablar paylanılıb.
Tədbirin sonunda məruzəçilər Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub. Xatirə fotosu ilə tədbirə yekun vurulub.
Baxış sayı: 125
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
