İnsanları milli mənsubiyyətinə görə qətlə yetirmək həm də etnik təmizləmədir.
Bu sözləri fransalı vəkil Olivye Pardo AZƏRTAC-a müsahibəsində deyib. O.Pardo bildirib ki, o, iki il əvvəl bir fransız jurnalı tərəfindən Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasından sonra ölkəmizin vəkili olub.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovdan Xocalı faciəsi ilə bağlı xeyli məlumat aldığını qeyd edən O.Pardo deyib: “Xocalı faciəsi ilə bağlı həqiqətləri öyrənəndə bu qətliamın, xüsusilə Fransada və Avropada tanınmamasına görə çox təəccübləndim. Bu kütləvi qırğını inkar etməkdən pis nə ola bilər ki? Bu, mənə Fransada baş vermiş kütləvi qırğınları xatırlatdı. İkinci Dünya müharibəsi zamanı nasistlər Oradur-sur-Qlan adlı kəndi yer üzündən silmişdilər”.
Xocalı faciəsinin Fransada tanıdılması istiqamətindəki fəaliyyətindən bəhs edən vəkil deyib ki, o, yerli jurnalistlərlə daim əlaqə saxlayır və buna görə də Fransada media mənsublarını bu qətliam barədə məlumatlandırmaq üçün kampaniya başladıb. “Öz-özümə düşünürdüm ki, bu, çətin olacaq. Belə olan halda fikirləşdim ki, bu kampaniyanı Azərbaycanın vəkili adı ilə deyil, öz adımla müasir kommunikasiya vasitələrindən – sosial şəbəkələrdən istifadə etməklə həyata keçirim. Beləliklə, mən müzakirələr üçün petisiya başlatdım. Bu petisiyanı yaratmaqda məqsədim qətliamın elə olduğu kimi tanınmasına nail olmaqdır”.
Fransalı vəkil Xocalı faciəsinin soyqırımı aktı olduğuna əmindir: “Haqqında danışdığımız hadisə məhz soyqırımı aktıdır.
Başlatdığı kampaniyadan danışan Olivye Pardo vurğulayıb ki, petisiyanı dərc etdiyinə görə erməni mənşəli vəkillər ondan bu işdən əl çəkməsini tələb ediblər. Lakin o, bununla razılaşmayıb. “Bu, mənim üçün böyük önəmi olan mübarizədir. Bu petisiyanın yayılmasına qarşı çıxanlar var. Mənim məqsədim faciə qurbanlarına ehtiram göstərilməsidir. Mənim vəzifəm bu qətliamı yaddaşlarda həkk etdirməkdən ibarətdir”.
Fransız vəkil vurğulayıb ki, Xocalıda törədilənlərdən xəbərdar olmayan Fransa ictimaiyyəti bu hadisə barədə məlumatlanmalıdır. Mənim məqsədim mümkün qədər çox imza toplamaqdır.
Baxış sayı: 1 881
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

