Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə işıq üzü görən kitablar 21-ci Ankara Kitab Sərgisində təqdim olunub.
Fact-info.az xəbər verir ki, sərgi çərçivəsində Aşıq Veysəlin yaradıcılığına dair məqalələr toplusu, Ömər Seyfəddinin “Hekayələr” kitablarının təqdim edilib, hər iki kitabda mətnlər türk dilində və alman dilinə tərcüməsində oxucuya təqdim edilib.
Tədbirdə Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay və Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TÜRKSOY-un məsul əməkdaşları, tanınmış elm və mədəniyyət xadimləri, yazarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda türk xalqlarının ədəbi-mədəni irsinin türk dövlətləri xaricində təbliğinin önəmi qeyd olunub. Bu xüsusda türk və alman dillərində bədii nümunələrdən və elmi məqalələrdən ibarət hər iki kitabın almandilli ölkələrin elmi-ədəbi mühitində, eləcə də həmin ölkələrdə yaşayan çoxsaylı türk diasporası arasında yayılmasının vacibliyi vurğulanıb.
Eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondunun gələcəkdə də beynəlxalq miqyasda bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduğuna diqqət çəkilib.
Baxış sayı: 195
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
