“Qarabağ” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasından Fact-info.az-a verilən məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.
Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk komanda Sumqayıt “Xəzər”i 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001-ci illər mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. “Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
