Milli Kitabxanada “12 Noyabr - Konstitusiya Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, virtual sərgidə Konstitusiya Günü haqqında rəsmi sənəd, Azərbaycan Respublikasının Konstitusiyası, fotolar, məqalələr, Azərbaycan və xarici dillərində kitablar nümayiş olunur. Virtual sərgi ilə https://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə isə Konstitusiya hüququ, tarixi, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Ulu Öndərin şah əsəri hesab edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendum əsasında qəbul edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan olunub. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
