FACT-INFO.AZ » QHT » “Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib
6-11-2024, 07:00 | QHT
“Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Zəngəzur Dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan İctimai Birliyin sədri İradə Rizazadə konfrans iştirakçılarını və İpək Yolu üzərində yerləşən 5 ölkədən dəvət olunmuş ekspertləri salamlayaraq, tədbirin mahiyyəti barədə məlumat verib. “Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla yollarının birləşməsi deyil, eyni zamanda regiona və ümumilikdə İpək Yolu üzərində yerləşən ölkələrə iqtisadi, sosial, logistik infrastrukturun inkişafı, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və digər aspektlərdən böyük töhfəsi var. Bu səbəbdən biz də Vətəndaş Cəmiyyəti olaraq, Zəngəzur dəhlizinin açılmasının mahiyyətini xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında keçirməyi qərara aldıq”.
Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək, son illərdə Qərbi Azərbaycan mövzusunun Agentliyin prioritet müsabiqə istiqamətlərindən biri olduğunu və bu istiqamətdə uğurlu layihələrin icra olunduğunu vurğuladı. Konfransın mövzusunun və proqramının ümumi zəngin olması ilə isə tədbirin faydalı və məhsuldar olacağına inamını ifadə edərək konfransın işinə uğurlar arzu edib.
Konfrans aşağıdakı mövzular üzrə 3 paneldə məruzələrlə davam etdirilib:
1. “Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti”
Moderator: Dr. Sabit Bağırov – Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun Prezidenti
Çıxışçılar:
- Fərhad Məmmədov - Siyasi şərhçi;
- Qriqoriy Trofimchuk - Politoloq, xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert
2. “Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti”
Moderator: Zaur İbrahimli – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri
Çıxışçılar:
- Dr. Sabit Bağırov – Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun Prezidenti;
- Cengizhan Zhanaltay – Avrasiya Araşdırma İnstitutunun müdir müavini;
- Gülsel Səfərova – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə Təşkilatının Naxçıvan üzrə nümayəndəsi
3. “Zəngəzur dəhlizinin açılmasının digər əhəmiyyətli aspektləri”
Moderator: Nədimə Rəhimli – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini
Çıxışçılar:
- Dosent, Dr. Suat Beylur – Avrasiya Araşdırma İnstitutunun rəhbəri;
- Dosent Farhod Mahmadshozada – Hüquq elmləri namizədi, Moskva Elmi Tədqiqat İnstitutunun Düşənbə filialının Humanitar məsələlər kafedrasının müdiri;
- Dona Tursunova – Vətəndaş Cəmiyyəti nümayəndəsi



Baxış sayı: 210
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30