“Zəngəzur dəhlizi- yeni İpək Yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfransında çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bidirib ki, son iki ildə “Qərbi Azərbaycana qayıdış" mövzusu bizim prioritet istiqamətlərdən biridir: “Bu günə qədər bu mövzuda 54 layihə dəstəklənib. Bu mövzu həm də hər bir azərbaycanlı üçün, bizim haralı olduğumuzdan asılı olmayaraq, mənəvi bir mövzudur. Xüsusilə qeyd etmək istəyirəm ki, İradə xanımın adını çəkdiyi kitab və bu ictimai birliyin məhz təşəbbüskarı olduğu bir çox layihələr Agentliyinin maliyyə dəstəyi ilə icra olunub. Proqramın ümumi zənginliyi bu tədbirin faydalı və məhsuldar olacağı göstərir. Zəngəzur dəhlizi təkcə lokal müstəvidə deyil, həm də regional və kontinental müstəvidə çox önəmlidir”
Xatırladaq ki, konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən təşkil olunub.
Baxış sayı: 180
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
