FACT-INFO.AZ » QHT » Veteranlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər
4-11-2024, 19:00 | QHT
Veteranlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər

Veteranlar 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Fact-info.az xəbər verir ki, bu gün 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib. 

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıb:

“8 Noyabr zəfəri Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfərdir. Bu, o qədər böyük qələbədir ki, bunun nəticəsi sadəcə Azərbaycanla məhdudlaşmadı. Bu, regionda və dünyada baş verən hadisələrə ciddi təsir göstərdi, qlobal aləmdə yeni status-kvo formalaşdırdı. Bu zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhdid və təhlükəni dəf etməyə qadirdir və o, heç vaxt öz azadlığının bir zərrəsindən, öz torpağının bir qarışından belə imtina etməyəcək. 

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atdı, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırdı. Təsadüfi deyil ki, bu gün də Rusiya, ABŞ, Çin kimi nəhəng dövlətlər Vətən müharibəsini, ordumuzun bu müharibədə tətbiq etdiyi yenilikləri diqqətlə öyrənməkdədir. 

Biz əldə etdiyimiz bu böyük, şanlı zəfərə görə şəhdilərimizə, veteranlarımıza, xalqımıza, Prezidentimizə, vətəndaşlarımızın göstərdiyi yüksək həmrəyliyə borcluyuq və bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, inkişaf etdirməliyik”.

Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva ölkəmizin inkişafında, gülü ordunun formalaşmasında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirmişdir.

Tədbirdə çıxış edən veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər. 

Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidməltərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər. 




Baxış sayı: 145
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30