Bakıda – Dənizkənarı Bulvarda keçirilən “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüşü QHT-lərin yaşıl dünyaya töhfəsidir. Fact-info.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.
Onun sözlərinə görə, sözügedən tədbir QHT-lərin yaşıl hərəkata töhfəsidir:
“Bugünkü tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi, Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Burada inklüzivlik və ictimai iştirakçılıq baxımından əlilliyi olan şəxslərin təşkilatları, QHT-lər və velosipedçilər təmsil olunur. Aksiyada QHT üzvləri müəyyən marşrut üzrə yürüş edib, velosiped sürəcəklər”.
R.İsgəndərli tədbirin əsas məqsədinin Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar QHT-lərin də yaşıl dünyaya töhfə vermələri olduğunu bildirib.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
