FACT-INFO.AZ » QHT » Avropada qaz sobası hər il 40 min nəfərin ölümünə səbəb olur
31-10-2024, 09:30 | QHT
Avropada qaz sobası hər il 40 min nəfərin ölümünə səbəb olur

Yeni bir elmi tədqiqat Avropada hər il 40 min insanın qaz sobasından qaynaqlanan ölümlərlə üzləşdiyini ortaya qoyub. Bu göstərici avtomobil qəzalarında baş verən ölümlərin iki mislinə bərabərdir. Fact-info.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, qaz sobası zəhərli qazlar yayaraq ürək və ağciyər xəstəliklərinə səbəb olur, lakin mütəxəssislər bu problemin ciddiyyətinin hələ tam dərk edilmədiyi fikrindədir.

İspaniyadakı Jaume I Universitetinin tədqiqatçısı Juana Maria Delgado-Saborit tədqiqatın baş müəlliflərindən biri olaraq problemin miqyasının düşünüldüyündən daha pis olduğunu bildirib.

Birləşmiş Krallıq və Avropa İttifaqı ölkələrində aparılan tədqiqata əsasən, ürək və ağciyər xəstəliklərinə səbəb olan zəhərli qazlar ömrü iki il qısaldır. Alimlər yalnız azot dioksitin təsirini nəzərə alaraq Aİ-də 36 min 31, Birləşmiş Krallıqda isə 3 min 928 erkən ölümü qaz sobaları ilə əlaqələndiriblər.

J.M.Delgado-Saborit qeyd edib: “İlk dəfə 1978-ci ildə azot dioksitin elektrikli sobalara nisbətən daha çox çirklənmə yaratdığını kəşf etmişdik. Artıq erkən ölüm hallarına dair rəqəmlər təqdim edə bilirik”

Tədqiqatçılar karbonmonoksit və benzol təsiri nəzərə alınarsa, real vəziyyətin daha da pisləşəcəyini vurğulayıblar. Avropa İqlim Fondu (European Climate Foundation/ECF) tərəfindən dəstəklənən tədqiqatda İspaniyanın Valensiya Universitetindən alimlər də iştirak ediblər. Kopenhagen Universitetindən hava çirklənməsi üzrə mütəxəssis Steffen Loft tədqiqatda iştirak etməsə də, bunu belə izah edib: “Ən böyük qeyri-müəyyənlik qapalı məkanlardakı azot dioksitinin mənbəyini - nəqliyyatdan, yoxsa qaz sobasından gəldiyini müəyyənləşdirməkdir. Ancaq onlar məntiqli bir qiymətləndirmə aparıblar”.

May ayında ABŞ-də aparılan bir tədqiqat da qaz sobalarının hər il 19 min insanın ölümünə səbəb ola biləcəyini ortaya qoymuşdu. Avropa İttifaqı açıq məkanlarda hava keyfiyyəti ilə bağlı qaydaları sərtləşdirsə də, qapalı məkanlara dair standartlar müəyyən etməyib. Avropa İctimai Sağlamlıq Alyansı (European Public Health Alliance/EPHA) siyasətçilərə bu məsələdə çağırış edir. EPHA-dan Sara Bertucci bildirib: “Çox uzun zamandır ki, qaz sobalarının təhlükələri asanlıqla görməməzlikdən gəlinir. Onların sağlamlığa təsirləri siqaret kimi düşünülmür. Ancaq siqaret kimi evimizi çirkləndirən kiçik bir qığılcım kimidirlər”.


 




Baxış sayı: 105
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30