FACT-INFO.AZ » XƏBƏR » Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir
22-02-2017, 08:25 | XƏBƏR
Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir

Bunu APA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, qanuna əsasən, kimi birinci vitse-prezident təyin etməyi və kiminlə işləmək barədə qərar verməyi Azərbaycan prezidenti özü müəyyən edir və hüquqi baxımdan bütün dünya praktikasında belədir: “Digər tərəfdən, Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Rəsmən olmasa da, prezidentin komandasının icra strukturunda əlindən gələn yardımı, köməyi əsirgəmirdi. Ölkənin ictimai-siyasi həyatında, prezidentin imicinin formalaşmasında, dövlət idarəçiliyinin operativ, real həyata keçirilməsində çox yaxından iştirak edən insanlardan biridir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, eyni zamanda bizim deputat həmkarımızdır. Hesab edirəm ki, bu təyinat islahatların daha uğurlu aparılmasını, ölkədə daha operativ və çevik idarəçiliyin həyata keçirilməsini şərtləndirəcək. Hesab edirəm ki, Azərbaycan xalqı bu təyinatın uğurunu yaxın vaxtlarda hiss edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca APA-ya bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva indiyə kimi ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə, şərəflə gəlib: “Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini müsbət qarşılayıram. Görünən kəndə bələdçi lazım deyil. Muğamın, ədəbiyyatımızın, folklorumuzun, mədəniyyətimizin dünyada təbliğ olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri var. Mehriban Əliyeva çox böyük xadimdir. Onun aid olduğu nəslin, ailənin əsli, kökü var. Nəsildən, ailədən də çox şey asılıdır. Böyüyünə, keçmişinə hörmət etməyən adam gələcəyin qədrini bilməz. Mehriban Əliyeva böyüklərə, keçmişə daim hörmətlə yanaşıb. Mehriban xanım ona tapşırılan bütün işlərin öhdəsindən şərəflə gəlməyi bacarıb. I Avropa Oyunları Mehriban xanımın təşkilatçılığı ilə çox möhtəşəm keçirildi. O, məktəbləri təmir etdirir, yeni məktəblər tikdirir. Elmə, təhsilə, məktəbə diqqət də şəxsiyyət olmağın göstəricisidir”.
 
“Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tutan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihə prezident tərəfindən Konstitusiya Məhkəməsinə göndəriləndə mən mətbuata açıqlama vermişdim. Birinci vitse-prezident postuna kimin təyin edilə biləcəyi barədə sualı cavablandırarkən bir siyasətçi kimi ehtimallarımı bildirmişdim. Demişdim ki, bu vəzifəyə Mehriban Əliyevanın təyin olunması daha ədalətli və düzgün bir qərar olardı”.
 
Bunu isə APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, o vaxt bu açıqlama bir çoxları tərəfindən birmənalı qarşılanmayıb, bəziləri də bu açıqlamadan narazı qalıblar: “Amma mən o zaman demişdim ki, Mehriban Əliyeva Azərbaycan xalqı qarşısında xidmətləri olan tanınmış bir nəslin nümayəndəsidir. Azərbaycan xalqının böyük bir qisminin məhəbbətini qazanıb, insanların ona böyük etimadı və inamı var. Bundan əlavə, bir çox böyük tədbirlərin təşkilat komitəsinin sədri kimi özünün təşkilatçılıq qabiliyyətini və bacarığını artıq nümayiş etdirə bilib, millət vəkili kimi özünü təsdiq edib. Heydər Əliyev Fondunun prezidenti kimi həm Azərbaycan qadınını xaricdə yaxşı mənada təmsil edib. Həm Azərbaycana olan münasibəti xeyli dərəcədə yaxşı mənada dəyişib, ölkəmizə xeyli rəğbət qazandırıb, dostlar qazandırıb, həm də dünyanın tanınmış siyasətçiləri, ictimai xadimləri ilə kifayət qədər ciddi beynəlxalq əlaqələrə malikdir. Sözsüz ki, onun bu vəzifəyə təyin edilməsi hər baxımdan Azərbaycanın maraqlarına uyğundur. Mehriban Əliyeva bizim deputat həmkarımızdır, onu bu təyinat münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, həm prezidentin, həm də xalqın etimadını doğruladacaq. Yeni vəzifəsində ona uğurlar arzulayıram”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə APA-ya açıqlamasında deyib ki, musiqi sahəsində Mehriban Əliyevanın gördüyü işlər göz qabağındadır: “Mən fəxr edirəm ki, Mehriban xanım Əliyeva bu böyük vəzifəyə təyin olunub. Musiqi sahəsində Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Biz hər zaman bir yerdə gözəl tədbirlər keçirmişik. Həmin tədbirlərdə dünyanın bir çox ölkəsindən insanlar iştirak edib. 35 ölkənin alimləri, mədəniyyət xadimləri bizim festivallara qatılıb. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bu işlərin başında Mehriban xanım dayanıb. “Muğam ensiklopediyası”nın çap olunması muğama verilən böyük qiymətdir. Məhz Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Eyni zamanda Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunların hamısı Mehriban xanımın Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə böyük töhfəsidir. Biz fəxr edirik və inanırıq ki, musiqiyə yenə belə böyük diqqət göstəriləcək. 1908-ci ildə “Leyli və Məcnun” yazılanda bir xanım tapılmadı ki, Leyli rolunu ifa etsin. İndi baxın, nə qədər böyük nailiyyətdir ki, bizim birinci vitse-prezidentimiz xanımdır. Biz Mehriban xanım Əliyevanı təbrik edirik, uğurlar arzu edirik”.

   

 

 




Baxış sayı: 1 810
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30