FACT-INFO.AZ » QHT » Hüquqşünas Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
25-10-2024, 15:30 | QHT
Hüquqşünas Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu günlərdə işıq üzü görmüş “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı Prezident kitabxanasının saytında yer alıb.

Fact-info.az xəbər verir ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, rəyçi ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix ü.f.d Leyla Calalova, redaktorlar Cəsarət Hüseynzadə və Möhübbət Məmmədovdur.

Kitabda tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış, həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.

Kitabın ayr-ayrı bölmələrində sonuncu etnik təmizləməyə zəmin hazırlayan Sumqayıt təxribatı haqqında geniş araşdırma aparılmış həmin hadisələrin qurbanı olmuş Əhməd İmani oğlu Əhmədov haqqında araşdırma yazısı öz əksini tapmışdır. Kitabda Şəxsi həyat həqiqətlərinin xarakterik cizgiləri və ictimai məzmunu adlı bölmədə Qərbi Azərbaycan ərazisində zorakılıqla qovulmuş Azərbaycan Türkləri haqqında yüzdən çox bioqrafik məlumatlar və onların həyat həqiqətlərini əks etdirən informasiyalar toplanmışdır. Bu bölmədə adıçəkilən şəxslərin həyat həqiqətlərinin ictimai məzmunu haqqında ayrıca yazı verilməsi çox əhəmiyyətlidir.

Sonuncu etnik təmizləmə fonunda Azərbaycan hökümətinin qəbul etdiyi qərarların xronikası və təhlil adlı bölmədə həmin dövrdə qəbul edilmiş yüzlərlə sənəd incələnmiş bu sənədlərin bir qrupu isə kitaba daxil edilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Vartanlı kəndində törədilən sülh və insanlıq əlehinə olan cinayətlərin hüquqi aspektləri adlı bölmədə baş vermiş soyqırım cinayətinin beynəlxalq hüquqi aspektlərini araşdırmış, beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsinin məhz soyqırım cinayəti olması qənaətinə gəlmişdir. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın müddəalarına uyğun olaraq, Vartanlı soyqırımının araşdırılması çox önəmli faktor olmaqla kitabın elmi dəyərini artırır. Metodoloji baxımından araşdırma zamanı tətbiq olunmuş müqaisəli təhlil metodu doğru seçilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.




Baxış sayı: 225
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031