FACT-INFO.AZ » QHT » Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçirilib
22-10-2024, 18:00 | QHT
Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçirilib

BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə oktyabrın 22-də “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirilib.

Fact-info.az xəbər verir ki, konfransda əvvəlcə müstəmləkəçilik sisteminə qarşı Bakı Təşəbbüs Qrupunun bir neçə ildir başlatdığı mübarizəni, eləcə də BTQ-nin fəaliyyəti, bu istiqamətdə təşkil etdiyi konfransları və tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxışında BTQ-nin əsas məqsədinin Fransa, Niderland və digər ölkələrin apardıqları müstəmləkəçilik siyasətinə son qoymaq, insanları bu ağır boyunduruqdan xilas etmək, yerli əhalinin əsas azadlıqlarına nail olmalarına kömək göstərmək olduğunu vurğulayıb.

Müstəmləkəçiliyə qarşı mübarizəsi ilə bütün dünyada tanınan siyasi fəal Kemi Seba çıxışında bu yaxınlarda Fransa polisi tərəfindən qanunsuz saxlanılması, polisin onunla kobud rəftar etməsi barədə məlumat verib. Bildirib ki, Fransa hökuməti onu 72 saat həbsdə saxlamaqla səsini boğmağa çalışıb. Ancaq o, bu mübarizədə geri çəkilməyəcək və sonadək mübarizə aparacaq.

Yeni Kaledoniyanın FLNKS partiyasını təmsil edən müstəqil deputat Mlin Sakilia çıxışında Kaledoniyada dinc nümayişlərin işgəncəyə çevrildiyini, bütün ictimai fəalların Fransa polisi tərəfindən həbs olunduğunu deyib. Qeyd edib ki, sərbəst ifadəni və siyasi fikirləri boğmaq məqsədilə Fransanın milli, xüsusi və hərbi hüquq-mühafizə qüvvələrinin böyük qrupu Kaledoniyada yerləşdirilib. O, kanakların həbs olunduğunu, döyüldüyünü, ciddi sorğu-suala məruz qaldıqlarını, həbs olunanların qeyri-insani şəraitdə saxlanıldığını, ləyaqətlərinin tapdandığını vurğulayıb. Kemi Seba bu günədək 500-dən çox kanakın itkin düşdüyünü, 2800 nəfərin həbs edildiyi, 11 nəfərin öldürüldüyünü bildirib.

Niderland Krallığının müstəmləkəsi olan Boner adasının İnsan hüquqları təşkilatının prezidenti Davika Bissessar-Sau adada baş verən ciddi insan hüquqları pozuntularından danışıb. Diqqət çatdırıb ki, adada gənc qızlar doğuma nəzarət inyeksiyalarına məruz qoyulur, bu zaman həddindən artıq dozadan istifadə edilir. Bu, yerli əhalinin sayının azalması üçün planlı şəkildə aparılır. “Həmçinin bu kiçik ada dünyanın adambaşına düşən ən böyük həbsxanalarından birinə çevrilib. Kiçik uşaqlar öz ailələrindən alınaraq niderlandlı baxıcılara verilir. Bu isə cəmiyyətimizin gələcəyinə hücum, onun məhv olunmasına yönəlib. Niderland bu müstəmləkə adasında yerli insanların tamamilə məhv olmaları üçün bütün vasitələrdən istifadə edir”, - deyə o vurğulayıb.

Qviananın “Dekolonizasiya və sosial emansipasiya” partiyasının nümayəndəsi Sindi Polü Fransanın Avropa sosial hüquqlar xartiyasının müddəalarını müstəmləkəyə çevirdiyi ərazilərdə tətbiq etmədiyini bildirib. O, ölkəsində həyat şəraitinin çox acınacaqlı olduğunu vurğulayıb. Hər tərəfdən su ilə əhatə olunan Qvianada sakinlərin içməli suya çıxışının olmadığını, suyun civə ilə çirkləndirildiyini diqqətə çatdırıb. “Bu platforma vasitəsilə özünü “insan hüquqlarının qoruyucusu” adlandıran və dəyərlərindən biri “Azadlıq, bərabərlik və qardaşlıq” olan ölkənin – Fransanın fundamental hüquqlarımıza hörmət etməməsini qətiyyətlə pisləyirik”, - deyə S.Polü diqqətə çatdırıb.

Suveren Martinika uğrunda Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMS) üzvü Müryel Danyel müstəmləkəçiliyin bəşəriyyət tarixində dərin yara, milyonlarla insanın həyatını darmadağın edən və sivilizasiya adı altında sərvətləri talayan hökmranlıq sistemi olduğunu, təəssüf ki, hələ də davam etdiyini vurğulayıb. Müstəmləkəçiliyin ikiüzlülüyünü pisləyən hərəkat üzvü onun sivilizasiyadan uzaq, müstəmləkəçini insanlıqdan çıxarmaq kimi təsirlərdən, həmçinin ləyaqət itkisi, mədəni silinmə, iqtisadi tabeçilik kimi təsirlərini bir daha xatırladıb.

Müstəmləkəçiliyin, sadəcə, iqtisadi fakt deyil, məzlumun şəxsiyyətini təhrif edən, onun öz dəyərini şübhə altına alan psixoloji zorakılıq aktı olduğu qeyd edilib. Bildirilib ki, digər müstəmləkə ölkələri kimi, Martinika da ICCPR prinsipləri ilə yerdəki reallıqlar arasında uyğunsuzluğun bariz nümunəsidir. Martinika iqtisadiyyatı hələ də Fransa əsarətindədir. “Torpaqlarımızın oğurlanması qəbuledilməz reallıqdır. Ərzaq, gündəlik tələbat mallarının və zəruri xidmətlərin qiymətlərinin hədsiz dərəcədə yüksək olması xalqımızı qul kimi saxlamaq üçün müstəmləkəçilik siyasətinin bir hissəsidir”, - deyə Müryel Danyel bildirib.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi (UPLG) Jan-Jakob Bisep Fransanın müstəmləkə ərazilərində, eləcə də Qvadelupada törətdiyi müstəmləkə cinayətlərindən danışıb, ölkəsinin ağlasığmaz cinayətlərə səhnə olduğunu qeyd edib. Deyib ki, quldarlığın ləğv edilməsinə baxmayaraq, müstəmləkə hakimiyyəti insanlarla hələ də qul kimi rəftar edir. O, eyni zamanda, Fransanın uzun illər boyu Madaqaskarda, Əlcəzairdə, Qvadelupada və digər ərazilərdə dəfələrlə törətdiyi kütləvi qırğınlardan danışıb.

Tədbirdə, həmçinin artıq müstəmləkəçilik vəziyyətində yaşamağın mümkün olmadığı, digər ölkələrdə insan haqlarına hörmət axtaran Avropa dövlətlərinin özlərinin müstəmləkə altında saxladıqları ərazilərdə bu hüquqlara riayət etmədikləri diqqətə çatdırılıb. Müstəmləkə altında olan ölkələrdəki ağır vəziyyət, yerli əhalinin səsinin boğulması, törədilən müstəmləkə cinayətləri ilə bağlı susqunluğa kəskin etiraz bildirilib. Onlar BMT-ni və beynəlxalq ictimaiyyəti müstəmləkə haqsızlıqlarına qarşı mübarizəyə çağırıblar.

Konfrans iştirakçıları Bakı Təşəbbüs Qrupunun müstəmləkə zorakılığı altında boğulan insanların səsini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib, buna görə təşəkkürlərini bildiriblər.






Baxış sayı: 200
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031