FACT-INFO.AZ » QHT » Fransalı tələbələr Azərbaycanın geosiyasəti və beynəlxalq əlaqələri barədə məlumatlandırıb
17-10-2024, 21:00 | QHT
Fransalı tələbələr Azərbaycanın geosiyasəti və beynəlxalq əlaqələri barədə məlumatlandırıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində Parisdə fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Öyrənilməsi üzrə Azad İnstitutunun (ILERI) tələbələri ilə görüşüb. Fact-info.az  xəbər verir ki, 100-dək fransız tələbənin iştirak etdiyi görüşdə səfir Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar, təbii ehtiyatları, COP29-a ev sahibliyi etməsi, eləcə də ölkəmizin karbohidrogen, eləcə də bərpaolunan enerji mənbələri barədə məlumat verib. Diplomat vacib geosiyasi mövqeyi ilə diqqəti cəlb edən Azərbaycanın daim müstəqillik uğrunda mübarizə apardığını, müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk respublikadır. L.Abdullayeva XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qonşu ölkənin hərbi təcavüzü ilə üzləşməsindən, çətin vəziyyətlə üzləşmiş ölkəmizin Ümummilli Lider Heydər Əliyev tərəfindən yenidən dirçələrək inkişaf dövrünə qədəm qoymasından danışıb.

Diplomat Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasından, bu müddət ərzində münaqişəni dialoq yolu ilə həll olunmasına çalışmasından, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi və Fransanın da imzaladığı 4 qətnamədən söz açıb. Ölkəmizin münaqişənin həllində həmişə sülh yolunu tutduğunu diqqətə çatdıran səfir Ermənistanın təxribatları qarşısında səbir kasası daşan Azərbaycanın ərazilərini güc yolu azad etmək məcburiyyətində qaldığını deyib. Diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edilib, ərazi bütövlüyünün bərpa olunub, ölkəmiz regionda yeni reallıqlar yaradıb.

Azərbaycanın karbohidrogen ehtiyatları barədə məlumat verən səfir ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolundan danışıb.

Regionun lider dövləti olan Azərbaycanın qarşıdan gələn günlərdə COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdıran L.Abdullayeva tədbirin əsas məqsədləri, irəli sürülmüş təşəbbüslər, eləcə də ölkəmizdə həyata keçirilən yaşıl və bərpaolunan enerji layihələri barədə tələbələri məlumatlandırıb.

Sonda səfir tələbələrin suallarını, o cümlədən təxribatçı suallarını ətraflı cavablandırıb.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Öyrənilməsi üzrə Azad İnstitut (ILERI) 1948-ci ildə təsis edilib.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30