FACT-INFO.AZ » QHT » AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
14-10-2024, 16:30 | QHT
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi AHİK-in Əmək və Sоsial Münasibətlər Akademiyasında olub.

Fact-info.az xəbər verir ki, ali təhsil ocağında Maliyyə-iqtisad və Sosial iş fakültələri fəaliyyət göstərir. Maliyyə-iqtisad fakültəsinin nəzdində 3 kafedra, 2 araşdırma mərkəzi və 2 tədris laboratoriyası, Sosial iş fakültəsində isə 2 kafedra var. Hazırda bir tədris laboratoriyası və araşdırma mərkəzi qurulma mərhələsindədir. Bakalavr səviyyəsində 1026, magistratura səviyyəsində 48 tələbə təhsil alır.

AHİK sədri Sahib Məmmədov Akademiyanın binasında professor-müəllim heyəti üçün nəzərdə tutulmuş otaqlara, tələbələr üçün tədris zallarına, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və akt zallarına, kitabxanaya baxıb, burada mövcud şəraitlə maraqlanıb.

Sonra Akademiyanın professor-müəllim heyəti ilə keçirilən görüşdə rəhbərlik və müəllimlərlə söhbət aparılıb, tədrisin vəziyyəti barədə danışılıb. AHİK sədri bildirib ki, ölkəmizdə digər sahələr kimi, təhsil sahəsi də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə davamlı olaraq inkişaf etdirilir və bu istiqamətdə aparılan islahatlarla beynəlxalq standartlara uyğunlaşdırılıb. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı naminə uğurla reallaşdırdığı layihələrdən bəhs edib.

Akademiyada səmərəli idarəetmə mexanizminin formalaşdırılması, tədrisin keyfiyyətinin artırılması, qabaqcıl beynəlxalq standartlar əsasında müasirləşdirilməsi, eləcə də dünyanın nüfuzlu universitetləri ilə münasibətlərin qurulması və təcrübə mübadilələrinin aparılmasının zəruriliyini diqqətə çatdıran Konfederasiya sədri Akademiyanın abituriyentlər üçün cəlbedici olması, məzunlarına əmək bazarında tələbatın yüksəldilməsi üçün tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Həmçinin əmək bazarının tələbləri və dünya təcrübəsi nəzərə alınmaqla Akademiyada yeni ixtisasların yaradılması və “AHİK könüllüləri” proqramı iştirakçılarına təlimlərin keçirilməsi qərara alınıb.

AHİK-in qarşıdakı startap layihələri barədə danışan Konfederasiya sədri bunun həmkarlar ittifaqlarının səmərəli fəaliyyətində önəmini qeyd edib.

Sonra həmin binada yerləşən AHİK-in üzv təşkilatlarının iş şəraiti ilə tanışlıq olub.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30