Təchizat zəncirlərinə təsir edəcək hipotetik geosiyasi münaqişə səbəbindən qlobal iqtisadiyyat beş il ərzində 14,5 trilyon dollar itki verə bilər. Fact-info.az
“Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Lloyd's of London” sığorta şirkəti bildirib.
Şirkətin məlumatına görə, iqtisadi təsir münaqişə zonasında infrastruktura ciddi ziyan və gəmiçilik marşrutlarına potensial təhdidlə bağlı olacaq.
Rusiya-Ukrayna münaqişəsi və Qəzza zolağındakı müharibə artıq Qara və Qırmızı dənizlərdə gəmiçilik marşrutlarını pozub.
“Dünyanın idxal və ixracının 80 faizindən çoxu – təxminən 11 milyard ton mal – istənilən vaxt dənizdə olur və geosiyasi münaqişələr səbəbindən əsas ticarət yollarının bağlanması davamlı iqtisadiyyat üçün lazım olan resurslara qarşı ən böyük təhdidlərdən biridir”, - deyə "Lloyd's” qeyd edir.
Şirkət xəbərdarlıq edir ki, belə bir geosiyasi münaqişənin baş verməsi mümkünlüyü sistemli riskdir.
Baxış sayı: 145
Azerbaijan’s Defense Minister meets with military attachés
15th International Music Festival kicks off in Gabala
Chinese Ambassador: WAICO to advance the safe and equitable development of AI
Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces
Azerbaijan’s Media Development Agency issues statement
