Müəllimlər günü mən də öz müəllimlərimi xatırlayıram. Bu müəllimlər sırasında əmək təlimi müəllimim Ələddin müəllimin xüsusi yeri var. Kimdir Ələddin müəllim?
Novruzov Ələddin Əbdüləli oğlu 30 oktaybr 1941-ci ildə Göyçə mahalının Alçalı (Mollalı) kəndində doğulub. 1949-cu ilin dekabr ayında Alçalı (Mollalı) kəndindin əhalisini Yerevanda yük vaqonlarına mindirib Əli Bayramlının Cəngən kəndinə gətiriblər. Kənd əhalisi heç cür yerli iqlimə uyğunlaşa bilməyiblər. Alçalı (Mollalı) kəndinin sakinləri Fətəliyev Məhyəddin, Hüseynov Kamil, Həsənov Fərzalı, Abbasov Həmid, və.b Bakıya köç komisiyasına bildiridilər ki biz bu şəraitdə yaşaya bilmirik. Bundan sonra kənd əhalisinin köç bileti Bərdə rayonunun İmirli kəndinə dəyişdirilib. 1952-ci ildə Bərdə rayonun İmirli kəndinə köçüblər. Ələddin Novruzov orta təhsilini İmirlidə və Bərdənin digər kəndlərində başa vurub. 1961-1966-ci illərdə Gəncə İnşaat Texnikomunda inşaat texniki ixtisası üzrə təhsil alıb. 30 dekabr 1974-cü ildə Fərzəliyeva Gülüsüm Musa qızı ilə ailə qurub. 1986-1990-cı illərdə Azərbaycan Pedeqoji İnstitunda əmək təlimi üzrə ali təhsil alıb. Uzun illər İmirli kəndində Əmək təlimindən dərs deyib. Ciddiyəti tələbkarlığı ilə seçilən Ələddin müəllim yaddaşlarda gözəl insan kimi qalıb.
Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
Baxış sayı: 340
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan

